Dünyanın hər bir yerində yaşayan milyardlarla insanın hər birinin fərqli həyatı var. Ancaq hamısının da özlərinə görə müxtəlif arzuları, problemləri, ya da çətinlikləri var. Əlbəttə ki, hər birinin problemi, arzusu, ya da istəyi bir-birindən tamamilə fərqlidir.
Lakin bütün bu fərqlərə baxmayaraq, bu insanların böyük əksəriyyətinin içərisinə düşdüyü “səhv” eynidir. Mövzu hər nə olursa olsun, insanlar yaşadıqları problemlərin həll edilməsi, istəklərinin reallaşması, ya da problemlərinin sona çatması üçün mütləq müəyyən şərtlərin meydana gəlməli olduğuna inanırlar. Bu şərtlər meydana gəldikdə də istədikləri nəticəyə “qəti olaraq qovuşacaqlarını” düşünürlər. Şübhəsiz ki, dünya həyatı Allahın yaratdığı adətullahın tələbi olaraq müəyyən səbəblərə bağlı olaraq yaşanır. Məsələn, hər hansı bir karyera hədəfi olan insanın, bu istiqamətdə əmək verməsi, çalışması, özünü inkişaf etdirməsi, ya da müəyyən sahədə təcrübə qazanması lazımdır. Bu səbəblərə riayət etmədən,heç bir səy göstərmədən karyera sahibi olmasını gözləməsi, əlbəttə ki, nəticə verməyəcək. Ya da ciddi xəstəliyi olan insanın heç bir müalicə almadan, həkimlərlə məsləhətləşmədən xəstəliyinin sağalması üçün sadəcə gözləməsi məntiqli deyil. Mütləq Allahın ona verdiyi ağlı və təcrübəni istifadə edərək lazım olan hər cür tədbiri görməlidir.
Ancaq, insanların problemlərinin həlli üçün gördükləri tədbirlərin, arxasınca qaçdıqları detalların arasında unutduqları çox vacib həqiqət var: Səbəblərə uyğun hərəkət etmək, əlbəttə ki, çox önəmlidir. Bu Allahın insanlara göstərdiyi yoldur. Amma Allahın yaratması əsla səbəblərə bağlı deyil. Allah dilədiyi an, dilədiyi insan üçün, dilədiyi nəticəni o anda yaradır. Deməli, insanın o qədər qarışıqlıq və təlaş içərisində əsla qəflətə düşməməli olduğu həqiqət budur. Nəticəni yaradan Allahdır. Arzuları, istəkləri reallaşdıran Allahdır. Çətinlikləri qaldıran və nemət yaradan yenə də yalnız Allahdır.
Başqa sözlə problemlər, əzablar, çətinliklər, arzular, ya da istəklər bir-birindən nə qədər fərqli olursa olsun dünyanın hər tərəfindəki bütün insanların problemlərinin həlli təkdir: Allaha yönəlmək, Allahı çox sevib Allaha güvənib, hər şeyi Allahdan istəmək, hadisələrin içinə qapanıb çıxış yolu axtarmaqdansa, o hadisədən kənara çıxıb onu Allaha həvalə etmək. Unudulmamalıdır ki, Allah bir nəfəri sevsə, onu istədiyi hər kəsə sevdirər.
Allah bir nəfərə rəhmətini, nemətini açsa ona qarşı bütün dünyada, bütün insanlarda Öz rəhmətiylə və nemətiylə təcəlli edər.
Bir insan Allahın qoruması altındadırsa heç kim ona zərər verə bilməz.
Allah kiməsə xoşbəxtlik, sevinc, rahatlıq, bərəkət versə, heç nə və heç kim bunlara mane ola bilməz.
Allah hər hansı bir insanın yolunu açsa, asanlıq istəsə, heç bir hadisə, ya da heç bir insan bu yolu bağlaya bilməz.
Dünyanın heç bir yerində Allaha bağlı olmayan canlı və ya cansız varlıq yoxdur. Hər şey və hər kəs Rəbbimizə boyun əymişdir. Hər biri, hər an Allahın əmrinə tabe olur və Rəbbimizin əmrlərini yerinə yetirir. Deməli, dünyanın ən böyük problemləri, əzabları və çətinlikləri ilə qarşılaşan bir insan belə, bu qəti və dəyişməz həqiqəti əsla unutmamalıdır. İnsan bu həqiqəti bildiyi və bu həqiqətə inanaraq yaşadığı təqdirdə problemlər, çətinliklər nə olursa olsun, həllin sadəcə bir nöqtədə kəsişdiyini görəcək. Allaha təslim olub, Allahı dost və vəkil etmək, Allaha güvənmək, Allahdan kömək istəmək və Allahın ən gözəlini yaradacağından əmin olmaq hər şeyin yeganə həllidir. Əlbəttə ki, insan qarşısına çıxan hər yolu sınamalı və gücünün çatdığı qədər səy göstərməlidir. Amma bunların yalnız dua mahiyyətində olduğunu əsla unutmamalı və həllin yalnız Allaha yönəlmək olduğunu bilməlidir.
Allah Quranda insanların bəzən qəflətə düşdüyü bu əhəmiyyətli həqiqəti qullarına belə xatırladır:
“O, göydən yerə qədər olan bütün işləri idarə edir…” (Səcdə surəsi, 5)
“Mən özümün və sizin də Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir”. (Hud surəsi, 56)
“Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhimlidir”. (Yunus surəsi, 107)
“…Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”. (Ənkəbud surəsi, 22)
“Allaha təvəkkül et! Allahın Qoruyan olması sənə bəsdir”. (Əhzab surəsi, 3)
“Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər”. (Ali-İmran surəsi, 173)
“Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır”. (Bəqərə surəsi, 256-257)
“Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır”. (Loğman surəsi, 22)
“Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” (Ənfal surəsi, 40)
“…Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” (Həcc surəsi, 78)