Gözəl Mövzular


Fədakar insan dünyanın ən ağıllı və qazanclı insanıdır


Fədakar insan dünyanın ən ağıllı və qazanclı insanıdır
Fədakarlıq cahiliyyə insanları arasında bir növ "ağılsızlıq” olaraq qəbul edilir. Bu insanlara görə bir insan öz mənfəətini nə qədər yaxşı təmin edə bilirsə o qədər "ağıllıdır”. Ətrafındakı insanlardan və onların imkanlarından nə qədər çox istifadə edə bilirsə, digər tərəfdən də özünü bu insanlar tərəfindən nə qədər az istifadə etdirirsə, onlara nə qədər az mənfəət verirsə bu insan onlar üçün "çox ağıllı" insandır.
Əlbəttə ki, bu insanların fikirləri səhvdir. Axirətə inanmayan insanlar üçün bir başqasının mənfəətini təmin etmək, onun rahatlığını artırmaq üstəlik bütün bunları öz istəklərindən əl çəkərək etmək "ağılsızlıq” olaraq qəbul edilə bilər. Ancaq axirətə inanan bir insan üçün bütün bunları yalnız Allahın rizasını qazanmaq üçün edən biri "dünyanın ən ağıllı” insanıdır.
Allah bir insanaorta hesabla 60-70 illik bir ömür vermişdir. Əlində olan bu zamanı mümkün olan ən yaxşı şəkildə istifadə edən bir insan həqiqi mənada "ən ağıllı” insandır. Ancaq "həyatından maksimum istifadə etmək" demək dünyada ən çox mənfəəti əldə etmək demək deyil. Əksinə "öz nəfsindən bir o qədər əl çəkməkdir". Əlbəttə ki, burada vacib olan isə bütün bunları Allahın rizasını qazanmaq məqsədi ilə etməkdir.
Yoxsa cahiliyyə cəmiyyətində də ətrafındakı insanlar üçün özünü fəda edən, var gücləri ilə başqalarını xoşbəxt etmək, onlara daha yaxşı imkanlar təmin etmək, daha rahat olmaları üçün səy göstərən insanlar da var. Ancaq bu insanların hədəfi Allahın rizası deyil. Yaxşılıq etdikləri hər insanı adətən bir sərmayə mərkəzi kimi görürlər.Etdikləri hər fədakarlıq ilə axır-əvvəl o insandan bunun qarşılığını alacaqlarına ümid edirlər. Onlara fədakarlıq etmə gücünü verən yalnız bu "qarşılıq gözləmə ümididir”. Bir dostlarına hədiyyə aldıqları zaman onun da özlərinəən az o məbləğdə bir hədiyyə alacağını ümid edərlər. Bir dostlarına öz işlədiyi iş yerində iş imkanı verdikdə gələcəkdə də onun ehtiyacı olanda o insanın ona iş imkanı verəcəyini umarlar. Qonşularına bir qab yemək verəndə qısa bir zaman sonra o qonşunun da ona verdiyinin qarşılığında bir şeylər verəcəyini gözləyirlər. Bu insanlardan gözlədikləri tərzdə bir qarşılıq almasalar da yaxşılıq etdikləri bu insanların dostluqlarını qazanmaq belə bu kimsələr üçün əsas bir mənfəətdir. Əlbəttə ki, qoyduqları sərmayənin işə yarayacağı, bunlara ehtiyac duyulacağı bir gün gələcəyi qənaətindədirlər. Hətta öz uşaqlarına belə yaxşılıq etmələrinin səbəbi gələcək illərdə, qocalanda onların da özlərinə qarşı borclu qalacaqlarına inanmalarıdır. Uşaqlarını çox yaxşı yetişdirmələrinin, onlara bu qədər yaxşı imkan təşkil etmələrinin, kariyeralarının yüksəlməsi üçün bu qədər çox cəhd etmələrinin əsas səbəbi gələcəkdə bu imkanların hər birinin onların da həyatlarını rahat yaşamalarına səbəb olacağını düşünmələridir.
Möminlər isə fədakarlıq gücünü yalnız Allaha olan sevgilərindən, Allaha qarşı duyduqları dərin hörmət və qorxudan alırlar. Özünü Allaha daha çox sevdirmək istəyi möminlərin 24 saat çox şövqlü və həyəcanlı olmalarını təmin edir. Ən çətin, fiziki olaraq ən yorğun, ən gücsüz olduqları anlarda belə Allaha olan sevgilərindən aldıqları güclə daha da çox fədakarlıq edə biləcəkləri bir fürsət olsa onu dəyərləndirməyə çalışırlar. Qarşılarına çıxan hər imkanı var gücləriylə dəyərləndirməyə çalışırlar. O anda ehtiyac duyulan fədakarlığı edir, edə biləcək başqa insanlar olsa da onlar "xeyirlərdə yarışırlar”. Əllərinə düşən bu imkanı bir başqasına buraxmağı isə özləri üçün böyük bir itki hesab edirlər.
Möminin fədakarlığı onun Allahı öz nəfsindən, bədənindən, malından, mülkündən, həyatından və sahib olduğu maddi-mənəvi digər hər şeydən daha çox sevdiyinin açıq-aşkar əlamətidir. Belə bir insan Allahın sevgisini qazana bilmək üçün heç düşünmədən hər şeyini fəda edə biləcək gücdədir. Canını, malını, sahib olduğu hər şeyi Allaha təslim etmişdir. Allah Quranda bu əxlaqı göstərən möminləri müjdələmiş vəəsl mənada "böyük qurtuluş və xoşbəxtliyin” ancaq bu şəkildəəldəedilə biləcəyini xatırlatmışdır:
De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam Surəsi, 162)
Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə Surəsi, 111)
Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər; Rəbbinin ayələrinə inananlar; Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər – Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər. (Müminun Surəsi, 57-61)