Gözəl Mövzular


Yaşadığımız hər saniyə Allahın bizə verdiyi böyük bir fürsətdir


Yaşadığımız hər saniyə Allahın bizə verdiyi böyük bir fürsətdir
Təxirəsalma vərdişi insanların əksəriyyətində nəzərə çarpan məşhur xəstəlikdir. Şeytan insanın görəcəyi doğru və gözəl fəaliyyətləri həmişə təxirə saldıraraq zamanla adama bunları etməyi unutdurmağa və daxilən bu istiqamətdə olan istəyini qırmağa çalışır. İnsanın şeytanın bu hiyləgər taktikasına qarşı diqqətli olması lazımdır.
İnsanın nəfsi təxirə salmağa meyllidir. İnsanların böyük bir əksəriyyəti həmişə nəyi isə təxirə salırlar. Allah üçün yaşamağı, səmimi olmağı, Allahın istədiyi kimi bir həyat sürməyi, Quran oxumağı, namaz qılmağı, dürüst və fədakar olmağı, səhvlərini düzəltməyi, səmimi qəlbdən tövbə etməyi, Allaha dua etməyi, Allahın sevgisini qazanmaq üçün yaşamağı, səmimi dostlar əldə etməyi, Allahın rizası və cənnəti üçün çalışmağı, Allahın yaratdıqlarını dərindən düşünməyi, əxlaqlarını gözəlləşdirməyi daim təxirə salırlar. Bunları etmək üçün təyin etdikləri zaman isə "gələcəkdə bir gün"dür. Bu “gələcəkdə bir günün” zamanı isə müəyyən deyil. Böyük bir əksəriyyət bu naməlum zaman gəlmədən əvvəl ölüb bütün təxirə saldıqları ilə birlikdə axirətə gedirlər. Həyatları boyunca çox şey etmiş kimi görünsələr də, bu insanlar Allahın rizasınıı və sonsuz axirət həyatlarını qazanmaları üçün lazım olanları etmədən ölürlər. "Yaşım bir az daha keçsin, namaza başlayaram", "Yaxında Quran oxumağa başlayacağam", "gələcəkdə bütün etdiklərimi kompensasiya edərəm" "məktəbim də bitsin, dərhal namaz qılmağa başlayacağam" "bir az yetkinləşim, dərin-dərin düşünərəm" "təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm" "yaxşı bir karyera yaradım, zülmə uğrayan Müsəlmanları o zaman düşünərəm" deyən bir çox adam Allah bunları edə biləcək güc və imkan verdiyi zaman etmirlər. Allah bu adamın cananı birdən və heç gözləmədiyi bir anda alıb, onu ölüm mələkləri ilə qarşılaşdıra bilər.
Allahdan qorxan səmimi bir Müsəlmanın yaşadığı hər saniyənin, aldığı hər nəfəsin Allahdan özünə verilmiş böyük bir fürsət olduğunun şüuru ilə hərəkət etməsi lazımdır. Gözəl və xeyirli işləri təxirə salacaq zamanının olmadığını, Allahın bir sonrakı anı diləsə yaratmayacağını bilməsi və bütün həyatını bu əhəmiyyətli həqiqətə görə yaşaması lazımdır.
Hər şeyin sahibi sonsuz güc sahibi olan Rəbbimiz Allah bir sonrakı saniyəni bizə bəxş edərək çox böyük bir lütf edir.
Çünki:
Unudulmaması lazım olan çox əhəmiyyətli bir həqiqət də vardır ki, yaşadığımız hər an bizi dünyadakı son nəfəsimizə, bütün fürsətlərin artıq sona çatdığı o ana - ölüm mələkləri ilə qarşılaşacağımız, canımızın alınıb bizi yaradan sonsuz güc sahibi Uca Yaradanımız Allaha qovuşacağımız və əbədi axirət həyatımızın başlayacağı ölüm anımıza bir az daha yaxınlaşdırır.