Gözəl Mövzular


Xəstəlik zamanı xasiyyətdə olan dəyişiklik möminin qəbul etməyəcəyi bir rəftar pozuqluğudur


Xəstəlik zamanı xasiyyətdə olan dəyişiklik möminin qəbul etməyəcəyi bir rəftar pozuqluğudur

Yaxşı, gözəl, rahat, asan, sağlam, sevgi dolu bir həyat... Bu əlbəttə ki,çox gözəl bir nemətdir. Hər insan həyatını ən rahat şəraitdə və mümkün ola biləcək ən gözəl nemətlər içərisində keçirmək istəyər və bu reallaşanda da çox xoşbəxt olar.

Ancaq Allah dünya həyatında bəzi xüsusi vəziyyətlər də yaratmışdır. Çətinlik, sıxıntı, xəstəlik, ölüm, kasıblıq və itkilər… Bunlar hər insanın həyatının hər hansı bir hissəsində mütləq yaşadığı hadisələrdəndir. Və Allah bunları xeyir və hikmətlə yaratmışdır.

İnsan hər hansıbir çətinliklə qarşılaşmayanda, heçbir əzab görməyəndə, hər hansı bir çətinliyə səbr etmək məcburiyyətində qalmayanda, ətrafındakı insanlardan ancaq yaxşılıq, gözəl əxlaq, maddi və mənəvi dəstək görəndə, həyatını arzu etdiyi nemətlər içərisindəkeçirəndə sahib olduqları onu ancaq müvvəqəti olaraq xoşbəxt edir. Bu şəraitdə gərginlik hiss etmək, hirslənmək, kinli olmaq, qısqanmaq, mübahisə etmək üçün çox az səbəb var. Əksinə, nemətlərin gözəlliyi və ətrafındakı insanların gözəl rəftarları bu adamın əhvalını, rahatlığını həmişə daha da yaxşılaşdırır. Belə şəraitdə bu adam da ətrafına qarşı son dərəcə yaxşı bir əxlaq göstərə bilər. Xeyirxah, bağışlayıcı, mülayim, fədakar rəftarlar göstərə bilər. Ancaq bütün bu xüsusiyyətlər yaşanan şəraitdən asılı ola bilər. Çünki, bir insanın həqiqi xüsusiyyətləri çətin və əzablı anlarda, kasıblıqda və xəstəlikdə, haqsızlıqla rastlaşanda ortaya çıxır. Allahın dünyada müxtəlif çətinliklər yaratmağının böyük hikmətlərindən biri də burada gizlənmişdir. Allah bu yolla “həqiqətən gözəl əxlaq sahibi olan və hər şəraitdəAllah üçün bu əxlaqı göstərən qullarını”ortaya çıxarır.

Beləliklə, xəstəliklər insanların tez-tez qarşılaşa biləcəkləri xüsusi olaraq yaradılan vəziyyətlərdən sadəcə biridir. Bəzi insanlar kiçik problemlərə o qədər də əhəmiyyət verməyib, ancaq daha təhlükəli vəziyyətlərdə xasiyyət dəyişdirdiyi halda, digər insanlar ən sadə problemdə belə xasiyyət dəyişikliyi yaşayırlar. Bir az başı ağrıyanda, bir az yuxusuz qalanda, bir az çox yorulanda bunu dərhal üzlərində hiss etmək olur. Belə ki, bu insanları görənlər bu məsələ ilə əlaqədar bir şey bilməsələrdə "Nə olub, xəstəsən?" kimi bir sual vermək məcburiyyətində qalırlar. Normal hallarda sahib olduqları xasiyyətlərinə nisbətən bezgin, yorğun, əldən düşmüş, qəmgin bir haliçində olurlar. Belə vəziyyətlərdə çoxtərs, əsəbi və gərgin olurlar. Onlardan "Nə olub?" deyə soruşan insanlara əldən düşmüş halda, tərs cavablar verirlər. Başqa vaxtlarda daha diqqətli olduqları mövzularda diqqətsiz, daha çox maraqlandıqları mövzularda isə maraqsız bir rəftar göstərirlər. Köməyə ehtiyacı olan bir insana qarşı diqqətsiz davranırlar. Onlara gözəl bir söz söyləyən, xoş və diqqətli davranan insanlara çox soyuq bir qarşılıq verirlər. Ətraflarındakı nemətləri lazımınca qiymətləndirməyən, dünyada ən böyük problemə sahib bir insanmış kimi (ki, belə görünən hadisələri də Allah böyük xeyir və hikmətlərlə yaratmışdır) və ənçox zərərə məruz qalan biri kimi davranırlar.

Əlbəttə bir az baş ağrısı, mədə ağrısı ya da gündəlik bir yorğunluqda belə bu şəkildə xarakter dəyişdirən insanın bundan daha böyük bir xəstəliklə qarşılaşanda necə bir əxlaq göstərəcəyi ətrafındakı insanları düşündürür. Və normal şəraitdə, hər şey istədikləri kimi olanda, bütün nemətləri rahat şəkildə əldə edə biləndə göstərdikləri gözəl əxlaq və xarakter, çətin zamanlarda belə rəftarları nəticəsində tamamilə şübhəli hala gəlir.

Halbuki insan əsl xüsusiyyətin bu cür çətin anlarda ortaya çıxacağını bilməli və daha diqqətli olaraq Allahın razı qalacağı bir xarakter göstərməyə çalışmalıdır. İnsan əvvəlki cümlədə məsləhət bilinən hərəkətin əksinə olan davranışın Quran əxlaqına uyğun olmayacağını və iman edən bir insana heç yaraşmayacağını bilməli və “şəraitdən asılı olmayaraq eyni xarakteri göstərməlidir”.

Əlbəttə ki, insan yaşadığı çətinliklər və xəstəliklərüçün həll yolu axtarmalı, ən ağıllı və ən düzgün tədbirləri almalı və sağlamlığını qorumağa çalışmalıdır. Bu yolda edə biləcəyi hər şeyi etməlidir. Amma eyni zamanda mütləq gözəl əxlaqını da davam etdirməlidir.

Gözəlliyi dəçətinliyi də yaradanın Allah olduğunu və bunların hər birinin insan üçün mütləq xeyirli olduğunu bilən bir insanın xəstəliklər qarşısında reaksiyası yenə də ancaq Quran əxlaqıyla olar. Onu nemətləriçində rahat, komfortlu bir mühitdə yaradan Allah olduğu kimi, xəstəlik verən, bu nemətləri azaldan da yenə Allahdır. Xəstə olduğu zaman belə insan sayısız nemətləriçərisindədir. Yenə Allahın rəhməti, şəfqəti, sevgisi, yaxınlığı, lütfü və qoruması altındadır. İmani bilgiləri yenə də eynidir. Allahın razılığının hər şeydən üstün olması, ölüm, axirət, hesab günü, cənnət, cəhənnəm eyni şəkildə bütün həqiqətləriylə yenə də vardır. Elə isə bu həqiqətləri bilən bir insanın xasiyyət dəyişdirməyi, fərqli xarakter göstərməyi də məqbul deyil.

Əlbəttə ki, insanın bir yeri ağrıyanda, bir narahatlığı olanda bu fiziki dəyişikliyə səbəb ola bilər. Lakin əxlaqda və üslubda bir dəyişiklik olması qəbul edilə bilməz. Əksinə möminkiçik də olsa, böyük də olsa hər xəstəliyi Allah qorxusunun artması üçün, Allaha şükr etmək, Allahın nemətlərini xatırlamaq, rahatlığın, sağlamlığın nə qədər böyük bir lütf olduğunu anlamaq, insanın acizliyini və Allaha olan möhtaclığını daha yaxşı qavramaq, qısacası daha gözəl əxlaqlı olmaq üçün bir vəsilə olaraq görməlidir. Mömin bir şəxs bütün bu vəsilələrin insanları Allaha yaxınlaşdıra biləcəyini bildiyi üçün düzgün istifadə etmək vəmaksimum yararlanmaq üçün əlindən gələn hər şeyi etməlidir.

Allah Quranda möminlərin belə hadisələrlə imtahan olunacaqlarını və sonsuz Cənnət həyatının da ancaq bu imtahanlarda göstərdikləri gözəl əxlaq və səbr ilə mümkün olacağını belə bildirmişdir:

(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!(Bəqərə Surəsi, 214)
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya Surəsi, 35)
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə Surəsi, 155)