Gözəl Mövzular


Vəsvəsə nədir?


Vəsvəsə nədir?

Şeytan insana hər tərəfdən yaxınlaşaraq onu Allah`ın yolundan uzaqlaşdırmağa çalışır. Bunun üçün müxtəlif yollara əl atır. Vəsvəsə də şeytanın bu metodlarından biridir. Vəsvəsə şeytanın insanı boş işlərlə məşğul etmək, mühüm məsələləri düşünməkdən uzaqlaşdırmaq üçün pıçıldadığı sözlər, yanıltmalar, qəlbinə saldığı boş şübhələr və narahatlıq verən fikirlərdir. Şeytanın bu xüsusiyyəti Quranda belə bildirilir:

De: "Sığınıram insanların Rəbbinə, İnsanların ixtiyar sahibinə; insanların məbuduna! Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən- O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır... (Nas surəsi, 1-5)

Şeytan insanın ağlına gətirdiyi Qurandan kənar düşüncələrlə onun normal düşünməsinə mane olur, onu, başda dini mövzular olmaqla, dünya və axirət həyatına zərər verən şübhələrə salmaq istəyir. Bir çox cəfəng, əsassız fikri insanın öz fikirləri kimi təlqin edib onun özünə olan etibarını itirməsinə çalışır. Qurana uyğun davranmayan şəxs şeytanın bu hiyləsini anlamır və onun vəsvəsələrini dinləyərək daima şübhələr içində çapalayır. Şeytanın bu pıçıltıları insanın dini səhv tanımasına, Allah`ın gücünü təqdir etməməsinə, daima şübhə içində olmasına səbəb olur. Nəticədə, Allah`ın böyüklüyünü, yaradılış məqsədini düşünmək əvəzinə, nə özünə, nə də ətrafındakı insanlara fayda verən məsələlərə başını qataraq yaşayır. Beləliklə, şeytan Qurandan xəbərsiz, din əxlaqından uzaq olan bu insan üzərində məqsədinə nail olur, onu əbədi cəhənnəm əzabına düçar edir. İnkar edənlərin və günahkarların hər zaman şeytanın təlqinlərinə aldandığı, şeytanın vəsvəsələrini dinləyərək hərəkət etdiyi Quranda xəbər verilir:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır! (Şüəra surəsi, 221-223)