Gözəl Mövzular


Diqqətsiz olmamaq üçün çalışmaq


Diqqətsiz olmamaq üçün çalışmaq

Hər insan bir çox cəhətdən gözəl əxlaqa sahib ola bilər. Nəfsini çox yaxşı öyrətmiş, xasiyyətindəki səhvləri yox edib yerinə Quran əxlaqını yerləşdirmiş ola bilər. Və bütün bu gözəl xüsusiyyətlərini qorumağıda bacara bilər. Amma yenə də başına gələ biləcək bir təhlükəyə qarşı həmişə hazırlıqlı olmalıdır. Bu təhlükə diqqətsizlikdir.

İnsanlar həyatları boyu etdikləri bəzi hərəkətlərdən ya da söylədikləri bəzi sözlərdən sonra bir bəhanə ya da üzr ifadəsi olaraq “diqqətsizlikdən oldu” sözündən istifadə edirlər. Həqiqətən də bu doğrudur. İnsan bəzən istəmədən diqqətsizlik edə bilər. Ancaq bir az daha səmimi cəhd etsələr -Allahın icazəsiylə- möminlər bunun da öhdəsindən gələ biləcək bir ağla sahibdirlər.

Bəzən insanın həyatı sakit və adi qaydada davam edir. Ancaq bəzən də insanın əvvəllər yaşamadığı, haqqında heç bir məlumata sahib olmadığı yeni hadisələr və dəyişikliklər baş verir. Bəzən də bir çox hadisə üst-üstə gəlir. İnsan hər zaman ancaq bir problemlə qarşılazmaz. Elə vaxtlarda olur ki, eyni anda 4-5 müxtəlif və çətin problemlə qarşılaşır. Elə bu vaxtlarda da insan bunların hamısına qarşı hazırlıqlı olmaya bilər.

Allah insanları bu şəkildə çətin hadisələrlə sınayacağını, hətta bəzən bu çətinliklərin ən şiddətli səviyyələrə çata biləcəyini Quranda bildirmişdir. İman edən hər bir insan Quranda bildirilən ayələrə əsasən düşünür və özünü belə hadisələrə əvvəlcədən hazırlayır. Ancaq bəzən nəzəri olaraq düşünülən bir hadisə həqiqətdə insanın düşündüyündən daha fərqli və daha çətin ola bilər. Həqiqi həyatda insanın heç ağlından keçirtmədiyi hadisələr qarşısına çıxa bilər. Ya da insan bir hadisənin həqiqi çətinliyini ancaq yaşadığı zaman anlaya bilər. Elə bu anlar insanın özünə nəzarəti itirərək, diqqətsiz olduğu vaxtlardır.

Bəzən də insan heç bir çətinlik olmadan, sırf diqqəti dağınıq olduğu üçün, fikri başqa yerdə olduğu üçün, yaxşı düşünə bilmədiyi üçün və əhəmiyyətini dərk edə bilmədiyi üçün diqqətsizlik edə bilər.

Yaxşı, bəs “diqqətsizlik” necə olur? İnsan normal şəraitlərdə etməyəcəyi bir hərəkəti özünə nəzarəti itirəndə diqqətsizlik edə bilər. Hətta ən vasvası davrandığı, ən çox tədbir gördüyü, özünü ən yaxşı hazırladığı və normal vaxtlarda ən gözəl əxlaq göstərdiyi mövzularda belə diqqətsiz olanda səhv edə bilər.

Məsələn bir insan xoşuna gəlməyən bir söhbət olanda tərs cavab verməməyə, nə olursa-olsun nəzakətli, hörmətli və mehriban davranmağa qəti şəkildə qərar vermiş ola bilər. Bu mövzuda çox diqqətli olar. Ancaq yuxarıda ifadə edildiyi kimi bir qarışıq və çətin vəziyyət meydana gələndə diqqət tələb edən bir çox hadisə eyni zamanda baş verəndə diqqətsizlik yarana bilər. Eyni anda bir çox məsələni düşündüyü üçün o vaxt ona deyilən bir sözə qarşı düşünmədən, ani bir şəkildə sərt cavab verə bilər.

İnsan əlbəttə ki, diqqətsiz olduğu üçün səhv edə bilər. Və bu göstərilən səbəblərə görə üzürlü sayıla da bilər. Ancaq əgər insan nəfsinə də qarşı tədbirli olsa bu riskin də qarşısını müəyyən qədər ala bilər.

Hər məsələdə olduğu kimi bu məsələnin də həll yolu “Allah qorxusudur”. Allaha qarşı çox dərin hörmət və qorxu hissi olan bir insan hansı şəraitdə olursa-olsun, nə qədər çətin bir vəziyyətlə qarşı-qarşıya qalırsa-qalsın –Allahın icazəsiylə- diqqətsizlik etməz. Bir insan hər zaman vicdanının səsi ilə hərəkət edirsə, hər an ölümü, axirəti, hesab gününü düşünərək, Allahın rizasını qazana bilməməkdən qorxaraq yaşayırsa bu insan, inşaAllah, diqqətsizlik etməmək üçün həmişə cəhd edir deməkdir. Həmişə ağlında olan bu məlumatlar ona zehin açıqlığı və güclü bir qavrama şəkli qazandırır.

Əgər bir insan hər hansı bir mövzuda diqqətsiz davransa buna qarşılıq dünyada və axirətdə nələr itirəcəyinin fərqindədirsə, inşaAllah, diqqətsiz olmamaq üçün çalışar.

Bununla yanaşı bir də cahiliyyə mühitində yaşayan bir insanı düşünək. Əgər bu insan çox böyük məbləğdə pul qazanıbdırsa və bu pulu bir yerdən digər yerə aparmaldırsa, bütün diqqətini tamamilə bu işə yönəldər. Üstəlik bu pulu qazanmaq üçün uzun illər böyük güc sərf edibdirsə diqqətini maksimum səviyyəyə çatdırar. Qarşılaşa biləcəyi bütün təhlükələri hesablayar və bunlara qarşı əsaslı tədbirlər almaq üçün var gücünü sərf edər. Çünki, bilir ki, kiçik bir diqqətsizliyin nəticəsində illər boyu, min bir əziyyətlə qazandığını bir andaca itirə bilər. Elə bu fikirlər onun diqqətsizlik etməsinə, məsuliyyətsiz davranmağına -Allahın icazəsiylə- mane olar. Bu insan bu diqqəti özü üçün dəyərli olan, illərlə yığdığı pulu itirməməsi üçün sərf edir.

Beləliklə, bir insan əgər diqqətsiz olacağı təqdirdə itirəcəyi şeyləri nəzərə alaraq hərəkət edirsə, qazandıqlarının dəyərini anlasa iman etməyən bir insana nisbətən daha diqqətli, daha məsuliyyətli olar. Əgər Allah rizasını hər cür maddi və dünyəvi gəlirdən üstün tutursa, diqqətsizliyinin nəticəsində Allahın rizasını itirə biləcəyini anlayırsa o zaman böyük bir diqqət göstərmək, məsuliyyətli olmaq üçün əlindən gələni edəcək.

Quranda möminlərin Allah qorxularından qaynaqlanan bu diqqətləri haqqında belə xəbər verilmişdir:

O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.(Ənbiya Surəsi, 49)
Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir!(Mülk Surəsi, 12)
İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!(Bəqərə Surəsi, 207)
Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.(Muminun Surəsi, 61)