Ətrafınızdakı insanları bir neçə saat müşahidə etsəniz, böyük əksəriyyətinə hakim olan vacib bir xüsusiyyəti görərsiniz: insanlardakı bu xəstəliyi görmək üçün mütləq çox əhəmiyyətli mövzulardan danışmağa ehtiyac yoxdur. Bəzən dilə gətirilən bir xatirə, hansısa bir yeməyin tərifi, bəzən tamaşa edilən bir televiziya proqramı, yaşanan gündəlik bir hadisə, bəzən də oxunan adi bir qəzet xəbəri belə insanlardakı bu xəstəliyi ortaya çıxara bilər. Əlbəttə ki, bu qədər adi gündəlik söhbətlərdə belə bu rəftarı göstərən insan daha əhəmiyyətli və həyati mövzular olduqda son sözü özündən başqa kiminsə deməsinə izn verməz.
Bir çox insan özündəki bu vərdişi şəxsiyyətli olmaq, iştirakçı olmaq, ağıllı hərəkət etmək, və ya şəxsiyyətini ortaya qoymaq kimi düşüncələrlə təyin edə bilər. Amma nə cür adlandırılsa da, son sözü demək vərdişi böyük çatışmazlıqdır.
Üstəlik, insan, həqiqətən, çox ağıllı ola bilər. Hamıdan daha təcrübəli, daha əsaslı düşünə bilər. Ancaq bütün bu şərtlər bir yerdə olsa belə, insanın yalnız öz ağlına güvənməsi, öz dediyində təkid etməsi və heç kimin düşüncəsinə etibar etməməsi bir çox cəhətdən səhvdir.
Əvvəlcə, insanın hər nə olursa-olsun, son sözü söyləmədən rahat ola bilməməsinin arxasında gizlənən hiss eqoistlik, yəni böyüklük hissidir. Nəfslərindəki hər kəsdən daha böyük olmaq istəyi bu insanların ətrafdakı digər insanlar üzərində yalnız özlərinin söz sahibi olmağa çalışmasına səbəb olur. Bu cür insanlar ancaq öz dediklərinin olmasını, hər bir hadisənin onların təklifinə görə həll edilməsini, hər kəsin onun doğru və səhvlərinə tabe olmasını, həmçinin hamının ən çox hörmət və etibar etdiyi şəxsin özlərinin olmasını istəyərlər. Bunun əksini edən biri olduqda isə eqoistlik hissinə qapılan insanlar bu adamın rəftarlarından olduqca narahat olurlar. Özləri kimi son sözü demək xəstəliyinə tutulmuş başqa bir adamla qarşılaşdıqları zaman isə bu şəxsə ciddi şəkildə qarşı çıxır və qalib gəlmək istəyinə qapılırlar.
Bir mövzuda üstünlük təmin etmək, haqlı çıxmaq, öz fikirlərini qəbul etdirmək və son sözü demək üçün gözəl əxlaqa uyğun olmayan bir çox rəftar göstərməyi də nəzərə alırlar. Bəzən tərs davranışlar göstərib sərt üslublardan istifadə edərək, söz kəsərək, incidici sözlər söyləyərək, gözəl söhbəti mübahisəyə çevirərək bu pis vərdişi davam etdirirlər.
Halbuki, gözəl əxlaqlı insan haqlı çıxmağı deyil, Müsəlman qardaşlarına sevgi, hörmət, təvazökar və xoş yanaşmağı, ən doğrunu bilsə belə, mövzunu mütləq onların könüllərini alıb mehribanlıqla, onların razı qalacağı şəkildə həll etməyi düşünməlidir. İnsanın doğru olan bir şeyi tətbiq etməsinin bir sıra gözəl yolu var. Şəxsin bütün bu gözəl əxlaq xüsusiyyətlərinə əhəmiyyət vermədən, yalnız doğru bildiyini söyləyib keçməsi isə Quran əxlaqına uyğun deyil.
Bundan əlavə, bir insanın hər zaman, hər mövzuda mütləq ən doğru olanı bilməsi çox çətindir. Hər kəsin ətrafındakı insanlardan öyrənəcəyi, istifadə edəcəyi, fikir mübadiləsi aparacağı, nümunə götürəcəyi bir çox mövzu var. Bəzən bir nəfərin heç düşünə bilmədiyi detal, heç gözlənilməyən birinin ağlına gələ bilər. Allah hər kəsə bir mövzunun fərqli cəhətlərini göstərib, hər birinə fərqli üsullarla düşünmələrini ilham edə bilər.
Buna görə də insanın özündən başqa heç kimi söz sahibi qəbul etməməsi, özündən başqasının sözünü dinləməməsi və mövzuya həmişə özünün nöqtə qoymasını istəməsi məqbul qarşılanacaq əxlaq deyil.
Allah Quranda elmini dilədiyi şəxsə verə biləcəyini və hər biləndən üstün bir bilən olduğunu bildirmişdir:
Quran əxlaqına tabe olan bir müsəlman dünyanın ən ağıllı insanı olsa belə, yenə də mömin qardaşlarına qarşı təvazökar olmalıdır. Mömin ən yaxşı bildiyi bir mövzuda belə bu əxlaqın tələbi olaraq son sözü başqalarının öhdəsinə buraxmalı, hər kəsin fikrinə hörmət etməli, nəzakətlə və könül almaqla hərəkət etməlidir.
İnsan nə qədər özündən əmin olursa-olsun, son sözü söyləmədiyi zaman o mövzuda çatışmazlıq olmayacağını bilməlidir. Əgər mömin Allahın rizasına tabe olaraq gözəl əxlaq göstərirsə, Allahın onu hər zaman ən doğru olana yönəldəcəyindən və ona ən doğru olanı etdirəcəyindən əmin olmalı və heç vaxt şübhəyə düşməməlidir.
Allah Quranda möminlərə bu həqiqəti belə bildirmişdir: