Gözəl Mövzular


Səhv etdikdən sonra yaşanan peşmançılıq necə olmalıdır?


Səhv etdikdən sonra yaşanan peşmançılıq necə olmalıdır?

Heç kim səhv etmək istəmir. Amma səhv etmək imtahanın əhəmiyyətli bir parçasıdır. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır.

Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: “Səhv etdikdən sonra o səhvi birdə etməmək üçün nə etmək lazımdır?”, “İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”, “Qurana görə etdiyin səhvdən sonra çəkdiyin peşimançılıq necə olmalıdır?”, “səhv edən insan özünü günahkar saymalıdırmı?”, “insan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?”, “o səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?”, “səhvini necə düzəltməlidir?”

Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir. Bu səbəbdən də insan bir səhv edəndə bundan sonra nə etməli olduğunu Qurana görə təyin edə bilər.

“Səhv etdikdən sonra o səhvi birdə etməmək üçün nə etmək lazımdır?”

Allahdan qorxan bir insana səhvi olduğunu deyəndə qüruruna fikir vermədən o səhvi düzəldər. Bu çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər səhvini qavradığı halda qavramamış kimi davranırsa, bilə-bilə doğru davranmaqda tərəddüt edirsə bu onun möminliyini şübhə altına alır. Çünki, Allah qorxusu insanı səhv bir hərəkətdən çəkindirər. ‘İnsanlar nə deyər?', ‘alçalaram?', ‘hərəkətimi dərhal dəyişdirməklə səhvimi qəbul etmiş vəziyyətə düşərəm?', ‘insanlara qarşı etibarım zədələnər?', ‘belə etsəm qürurumu qırmış olaram?' kimi nəfsinə yönəlik planlar qurmaz. O anda ancaq Allah Qatında oan vəziyyətini düşünər. Allahın razılığına uyğun olmayan bir rəftardan imtina edib, Allahın bəyənəcəyi bir rəftar göstərəcəyini bilərək sevinclə səhvini tərk edər.

Beləliklə səhvdən imtina etmək bundan ibarətdir. Çətin bir şey yoxdur. Günlər, həftələr ayırmaq lazım deyil bu iş üçün. Edilən səhv hər nə qədər böyük olursa olsun, insan verdiyi qərarla, Allahın ən çox razı qalacağı davranışı mənimsəməklə - Allahn icazəsilə - o səhvi də ortadan qaldırmış olar.

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar...(Ali İmran Surəsi, 135)

“İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”

Allah Quranda, ‘sadiq bəndələrindən başqa' heç kimin xilas olmayacağını bildirmişdir (Hicr Surəsi, 40). Bir səhv ediləndə o insanı Allaha ən çox yaxınlaşdıracaq davranış da səmimiyyətdir. Bir insan Allaha nə qədər təmiz, səmimi və dürüst şəkildə yönəlirsə, səhvini də o qədər yaxşı anlamış və o qədər dərindən peşman olmuş deməkdir. Əgər bu səhv o adamın Allah qarşısındakı acizliyini və Allaha möhtac olduğunu çox daha yaxşı qavramasına vəsilə olubsa, bu da o adamın səmimiyyətini göstərir. Səhvi üçün Allahdan qorxub-çəkinirsə, axirətdə bu rəftarına görə məsul olmaqdan qorxursa, aciz bir vəziyyətdə Allahın lütfünə və bağışlayıcılığına sığınırsa, Allahın icazəsiylə, Quran əxlaqına uyğun bir əxlaq içərisindədir. Belə bir insan, Allahın tövbəsini qəbul etməsi və özünü bağışlaması üçün canı-könüldən dua edər. Bir daha eyni səhvi təkrarlamamaq üçün Allaha səmimi olaraq söz verər.

Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Maidə Surəsi, 39)
Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm! (Bəqərə Surəsi, 160)
Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir! (Ə'raf Surəsi, 153)

“Qurana görə etdiyin səhvdən sonra çəkdiyin peşimançılıq necə olmalıdır?”,

“Səhv edən insan özünü günahkar saymalıdır?”,

“İnsan etdiyi səhvi düzəltdikdən sonra o səhvi unutmalıdır, yoxsa həmişə onun peşmançılığını çəkməlidir?”

İman etməyən insanlar ilə Allahdan qorxan möminlərin etdikləri səhvdən sonra yaşadıqları narahatlıq çox fərqlidir. İman etməyən bəzi insanlar bir səhv edəndə bir saniyə belə düşünmədən, laqeydliklə həyatlarına davam edirlər. Nə Allah qarşısında bir peşmanlıq çəkmə, nə səhvlərini düzəltmə, nə də bir də təkrarlamamaq üçün tədbir görmə ehtiyacı hiss etmirlər.

Möminlər isə çox həssas bir vicdana sahibdirlər. Vicdanlarına uyğun gəlməyən ən kiçik bir hərəkət belə çox böyük narahatlıq keçirmələrinə səbəb olar. Allahdan qorxduqları üçün, Allahın razı olmayacağı bir hərəkət etməmək üçün ciddi səy göstərərlər. Ancaq bu narahatlıqlarını yenə də Allaha sığınaraq, Quran əxlaqıyla hərəkət edərək ortadan qaldırarlar. Cahiliyyə insanlarında olduğu kimi narahat olduqları üçün depresiyaya girməzlər. Səhvlərini emosiyaları ilə dəyərləndirib, qəmginliyə, əziyyətə, pessimizmə ya da ümidsizliyə düşməzlər. Bu narahatlıq onlarda çox dərin və şiddətli bir peşmanlıq hissi meydana gətirər. Ancaq bu, “şeytandan” deyil, ”rəhmandan” gələn bir peşmanlıqdır.

Bəzi cahiliyyə insanları “peşmanlıq” deyiləndə, “insanın özünə qapanmalı, ətrafındakı insanlardan uzaqlaşmalı, sonsuz bir günahkarlıq hissiylə yaşamalı, depresiyaya girməli və həyatında bundan sonra həmişə bu səhvin əzabını çəkməli” olduğuna inanırlar. Bu “şeytani bir peşmanlıq” formasıdır. Və bu peşmanlıq o səhvin düzəlməsinə gətirib çıxarmır. Ancaq şirk əsaslı bir peşmanlıq yaşanır.

Möminlər isə yaşadıqları dərin və mənalı peşmanlıq ilə səmimiyyət qazanarlar. Allahın icazəsiylə, Allaha daha da yaxınlaşar, Allaha daha da dərindən dua edərlər. İman coşğuları, Quran əxlaqını yaşamaqdakı qətiyyətləri, Allaha olan bağlılıqları, axirətə olan inancları, Allah qorxuları daha da artar. Hər mövzuda daha əxlaqlı və düzgün davranmaq üçün daha səmimi qərarlar alar, daha çox səy göstərəcək bir şövq və enerji qazanarlar.

Cahiliyyə insanları, hər şeyi Allahın yaratdığını bilmədikləri və qədərə iman etmədikləri üçün həyatlarının sonuna qədər yaşadıqları peşmanlıq hissindən və günahkarlıq duyğusundan xilas ola bilməzlər. "Əgər belə etməsəydim bu gün bu vəziyyət də olmazdım", "Bu adam mənə belə etməsəydi mən indi başqa bir yerdə olardım" kimi hal-hazırdakı vəziyyətlərinə heç bir faydası olmayacaq fərziyyələr üzərində düşünüb, kədərlənərlər.

Möminlər isə hər səhvlərindən dərs alarlar. Onlar da, "İndiki ağılım olsaydı əsla elə düşünməzdim ya da elə davranmazdım" deyərlər amma hadisələrin, Allah o şəkildə dilədiyi üçün və qədərdə o şəkildə yazıldığı üçün elə olduğunu heç vaxt unutmazlar. Dəfələrlə eyni hadisəni yaşasalar da hər səfərində hadisələrin yenə eyni şəkidə nəticələnəcəyini bilərlər.

Bu səbəbdən möminlərin yaşadığı peşmanlıqda “şirk yoxdur”. Özlərini qınayarkən, nəfslərini tənqid edərkən və etdiklərindən ötəri peşmanlıq duyarkən, bunların hamısının qədərdə olduğu üçün o şəkildə reallaşdığını unutmurlar. Bu səbəblə də cahiliyyə insanlarında olduğu kimi, “xilas ola bilmədikləri bir günahkarlıq hissiylə yaşamazlar”. Yaşadıqları peşmanlıq da, "Niyə etdim?", "Kaş ki, etməsəydim..." kimi Qurana uyğun olmayan məntiqə əsaslanmazlar. Hər şeyin, yalnız Allah elə dilədiyi üçün yaradıldığının şüurundadırlar. Ən böyük səhvləri də etmiş olsalar, ən böyük zərərlərə də səbəb olsalar, bütün bunları Allahın yaratdığını, hamısının qədərin bir parçası olduğunu və hamısında insanlar üçün bir çox xeyir və hikmət olduğunu bilərlər. Bu səbəblə də o səhvdən sonra həyatlarını günahkarlıq və əziklik hissləri içərisində keçirməzlər. Həm Allahdan qorxaraq, həm də Allahın rəhmətinə sığınaraq, səmimi olduqlarını bilərək, əllərindən gələnin ən yaxşısını etmək üçün həmişə səy göstərərlər.

Əlbəttə ki, etdikləri səhvləri unutmazlar. Ancaq bu “unuda bilməmələrindən” qaynaqlanmaz. İmanın və Allah qorxusunun bir gərəyi olaraq səhvləri möminlərin daha gözəl əxlaqa sahib olmalarına vəsilə olar. Möminlər də səhvlərini elə bu səbəblə unutmazlar. Bir mövzuda bəlkə bir dəfə səhv edərlər amma həyatlarının sonuna qədər o səhvi unutmazlar və o hadisədən aldıqları dərsdən nəticə çıxararaq təkrar etməkdən çəkinərlər.

Cahiliyyə insanları isə təvəkkül edə bilmədikləri, qədərə və Allahın hər şeyi xeyirlə yaratdığına inanmadıqları üçün səhvlərini unutmaq istəsələr də bacara bilməzlər. Həyatlarının sonuna qədər həmişə o səhvlərinin təsirində qalaraq, onun peşmanlığı və əzikliyi ilə yaşayarlar.

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır; (Əla Surəsi, 14)

Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Tövbə Surəsi, 118)

“Etdiyi səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?”

Allah insana ağıl, vicdan, iradə və mühakimə qabiliyyəti vermişdir. Səmimi olan hər insana bu xüsusiyyətlərin qapısı sonuna qədər açıqdır. Qəlbən iman edən, Allahdan qorxan bir insan etdiyi səhvdən sonra ağlı və vicdanıyla hadisəni dəyərləndirər və əskik və qüsurlu olduğu tərəfləri görüb qavrayar. Allah qorxusundan qaynaqlanan güc və iradəylə bu mövzuda mükəmməl bir həssaslıq göstərər. Qarşısına çıxan hər hadisədə əlindən gələni edərək Quran əxlaqına uyğun bir əxlaq tətbiq etməyə çalışar. Allahın razı olmayacağı əxlaqdan çəkinməkdə çox qərarlıdır. Vicdanına fikir verər. Qurana uyğun olmayacağını gördüyü bir davranışdan Allaha sığınıb çəkinər.

Bu insan daha əvvəl etdiyi səhvlərdən dərs almaqla kifayətlənməz, ağlından və vicdanından istifadə edərək edə biləcəyi səhvləri də düşünüb əvvəlcədən qiymətləndirər. Nəfsini yoxlayar, əskik olduğu tərəfləri müəyyən edib, nəfsini o yöndə tərbiyə etməyə, tədbir almağa çalışar. Ətrafındakı insanların təcrübələrindən, səhvlərindən, xəbərdarlıqlarına da diqqət edər. İnsanları yaxşı, pis, gözəl və əskik tərəflərilə analiz edib, gördüyü qüsurları özü də təkrar etməməyə çalışar. Quranda bildirilən ayələrə əsaslanaraq, insanların nəfsində olan əskiklikləri öyrənər. Bu əskiklərin Qurana görə həll yolunu müəyyən edib, nəfsini bu şəkildə tərbiyə edər.

Nəfsində xüsusilə bir mövzuda böyük problem müəyyən edəndə, nəfsinin xüsusilə bu məsələdə azğınlıq etdiyini gördükdə, o məsələdə nəfsinə xüsusi bir diqqətlə yanaşar və xüsusi bir diqqətlə də nəfsini tərbiyə edər. Məsələn, əskikliyi qürurudursa, qürurunu əzəcək şəkildə davranar. Əsəbidirsə, həmişə mülayim, xoşgörüşlü davranmağa çalışar. Qısqancdırsa, nəfsini əzər və həmişə başqalarının özündən qabağa keçməsinə şərait yaradar.

Əgər bir insan, bu qədər səmimi bir cəhdlə özünü düzəltməyə çalışırsa, Allah ona bu səmimiyyətinin qarşılığını həm dünyada, həm də cənnətdə verər. Allah nəfsinə qarşı apardığı mübarizədə ona kömək edəcək və səmimiyyətlə etdiyi səhvləri, inşaAllah, bağışlayacaq.

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə Surəsi, 286)

“Səhvini necə düzəltməlidir?”

Bir səhvi Allaha qarşı səmimi olaraq ən gözəl şəkildə düzəltmək olar. Allaha qarşı səmimi olan bir insan, Allahın icazəsi və köməyi ilə ətrafındakı insanlara qarşı da səhvlərini ən gözəl şəkildə düzəldər. Çünki, Allahdan qorxub-çəkinən bir insana Allah səhvini düzəldə biləcəyi şərait yaradar və fürsət verər. Allah qorxusu o adamın üzündə dərin mənalı bir nur və səmimiyyətlə ortaya çıxar. Allahdan qorxan bir möminin üzündəki bu səmimi ifadə ətrafındakı insanların inamını qazanmaq və ürəklərində sevgi və hörmət meydana gətirmək üçün kifayətdir. Beləliklə, səhv düzəltmək üçün əldə ediləcək ən təsirli yol, möminin Allaha qarşı olan səmimiyyəti ilə əldə seçəcəyi yoldur.

Əlbəttə ki, mömin hər hansı bir mövzuda xətalı bir hərəkət etdisə, bunun əksi olan hərəkətlərlə də, gözəl sözlərlə və davranışlarla bu etibarı, hörməti və sevgi ilə etdiyi səhvə görə peşman olduğunu və Allahdan qorxduğunu Quran əxlaqına uyğun davranışları ilə möminlərə göstərməlidir.

Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. (Yunus Surəsi, 26)

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! (Furqan Surəsi, 70)

Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir! (Əhqaf Surəsi, 16)

...Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)” (Hud Surəsi, 114)