Gözəl Mövzular


Quranda nəsihət edilən ticarət əxlaqı


Quranda nəsihət edilən ticarət əxlaqı

Mömin həyatı boyu etdiyi hər işi Allah`ın rizası üçün edər. Gördüyü iş nə olsa da, ona əsl məqsədini unutdurmaz. Allah Quranda möminlərdən bəhs edərkən ticarətin onlara əsl məqsədlərini unutdurmadığını belə bildirmişdir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur surəsi, 37)

Allah`ın möminlərdən tələb etdiyi üstün əxlaq var və möminlər hansı işlə məşğul olsalar da, bu əxlaqa uyğun davranırlar. Ticarət edərkən də dürüst, səmimi, fədakar, çalışqan, ədalətli və təvazökardırlar. Bütün diqqətləri Allah`ın razılığını qazanmağa və halal-haram hədlərini aşmamağa yönəlir. Bununla yanaşı, Allah möminlərə ticarət edərkən başqalarının haqqını tapdamamağı, ölçünü və tərəzini düz tutmağı, insanların əşyasını dəyərdən salmamağı əmr etmişdir . (Hud surəsi, 85)

Bundan əlavə, ticarət edərkən dürüstlüyün, insanlara haqsızlıq etməməyin və bu cür gözəl əxlaqlı davranaraq Allah`ı razı etməyin daha xeyirli olduğu "İsra"surəsində belə bildirilmişdir:

Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır! (İsra surəsi, 35)