Gözəl Mövzular


Quranda "ataların dini" dedikdə nə nəzərdə tutulur?


Quranda "ataların dini" dedikdə nə nəzərdə tutulur?

Quranda İslam dininin hökmləri və möminin həyat tərzi hərtərəfli tərif edilmişdir. "Ataların dini" ifadəsi Qurandakı hökmlərdən kənar bəzi qaydalara görə hərəkət edib keçmişdən qalan vərdişlərə, adət-ənənələrə və ya qeyri-dəqiq biliklərə əsaslanan uydurma din nəzərdə tutulur. İslam adından irəli sürülən, lakin Quranda yeri olmayan batil inanc və adətlərin qaynağı elə bu "ataların dini"dir.

Cahil cəmiyyətdə "ataların batil dini"nə uyğun yaşayan insanlara tez-tez rast gəlinir. Bu insanlar müxtəlif ibadətləri və hərəkətləri nə üçün etdiklərini düşünmədən, atalarından, babalarından öyrəndikləri kimi tətbiq edir və dinə uyğun şeylər etdiklərini düşünürlər. Allah`ın razılığını qazanmağı deyil, keçmişdən onlara miras qalmış batil sistemi tətbiq etməyə çalışırlar. Bu barədə Quranda hz. İbrahimin qövmündən nümunə verilmişdir:

Onlara İbrahimin hekayətini söylə! O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" – deyə cavab vermişdilər. Demişdi: "Onları çağırdığınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!" – deyə cavab vermişdilər. Demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- Sizin və ulu babalarınızın? Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! (Şüəra surəsi, 69-82)

Ayələrdən göründüyü kimi, hz. İbrahim qövmünün batil dinindən uzaqlaşmış, ancaq Allah`a üz tutmuş və qövmünə də Allah`ın tək İlah olduğunu, yeganə dinin Allah`ın dini olduğunu təbliğ etmişdir.

Elçilərin əksəriyyəti göndərildikləri qövmlər tərəfindən atalarının dininə qarşı çıxmaqla, bu dini aradan qaldırmaqla ittiham edilmiş və yaşadıqları dövrdə hakim olan batil dinin mənsublarının hədə-qorxusuna və təzyiqinə məruz qalmışlar. Bununla əlaqədar, ayələrdən bəziləri belədir:

Onlar: "Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" – dedilər. (Yunis surəsi, 78)

Onlara: "Allah`ın nazil etdiyinə tabe olun!" - deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!" – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Loğman surəsi, 21)

Xeyr. Onlar: "Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getdik!" – deyirlər. (Zuxruf surəsi, 22)