Gözəl Mövzular


''Özündə olanı dəyişdirmək'' nə deməkdir?


''Özündə olanı dəyişdirmək'' nə deməkdir?

…Bir tayfa özündə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!... (Ənfal Surəsi, 53)

Allah Quranda, insanlara verdiyi neməti artırıb və ya azaltmasındakı ölçünün, həmin adamın "özündə olanı dəyişdirməsi" olduğunu bildirmişdir. Bu ayə inanan insanlara çox əhəmiyyətli bir sirri xəbər verməkdədir. Əgər bir insan, bir mövzuda həqiqətən içdən və səmimi bir dəyişiklik etsə, bu iş inşaallah, Allah Qatında mütləq ən gözəl şəkildə qarşılıq görər. Allah, qullarındakı səmimi dəyişikliyi görən və biləndir. Və Allah, bu səmimi dəyişikliyin nəticəsinin, mütləq nemət artımı olacağını vəd etmişdir. Eyni şəkildə, insanın sahib olduğu nemətləri təqdir edə bilməyən bir əxlaq içərisində olması da, Allahın bu nemətləri azaltması ila nəticələnə bilər. Bu da yenə Allahın Quran ilə bildirdiyi bir vədidir. Quranda Allahın bu qanununu açıqlayan ayələrdən bəziləri belədir:

Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. (Nəhl Surəsi, 112)

Səba (tayfasının) yurdunda bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!” Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Ərim selini göndərdik. Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik? (Səba Surəsi,15-17)

Əlbəttə ki, Allah dünya həyatını bir çox sirrlə birlikdə yaratmışdır. Allah bir insanın sahib olduğu nemətləri, göstərdiyi əxlaq səbəbiylə artırıb azalda biləcəyi kimi, heç bir səbəb yox ikən, o adamın imanını sınamaq üçün də dəyişdirə bilər. Bu səbəbdən hər hansı bir nemətin artması, hər vaxt üçün o adamın əxlaqındakı irəliləyiş səbəbiylə olmaya bilər. Eyni şəkildə bir nemət azalması da hər vaxt üçün, adamın pis əxlaq göstərdiyinin bir dəlili deyil. Quranda, Allaha qarşı inkarçı bir əxlaq içərisində olan kəslərə Allahın xüsusi olaraq nemət verdiyi izah edilərək, bu əhəmiyyətli sirr insanlara belə bildirilmişdir:

Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladlaBiz onların yaxşılıqlarına tələsirik? (Müminun Surəsi, 55-56)

Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər. (Tövbə Surəsi, 55)

Bu ayələrə görə, bir insanın həyatındakı nemət itkisinin və ya nemət artımının bir çox mənası ola bilər. Bu səbəbdən mömin, belə bir vəziyyətlə qarşılaşdığında, dərhal Quranda bildirilən bütün bu ehtimalları düşünərək, öz daxilində bir "vicdani bir mühakimə" aparar. Əlindəki nemətlərdə bir azalma oldusa, məhz etdiyi səhvlərin belə bir nemət itkisinə səbəb ola biləcəyini düşünərək Allaha sığınıb tövbə edər. Ya da sahib olduğu nemətlərdə bir artım oldusa, Allaha könüldən şükr edər. Eyni zamanda da ona verilmiş nemətlərin ayələrdə bildirildiyi kimi, o andan sonrakı həyatı üçün bir sınaq olduğunu düşünüb əxlaqını daha da gözəlləşdirməyə və Allahın rəhmətinə lazımınca layiq ola bilmək üçün daha çox səy göstərməyə çalışar. Ancaq mömin, ayədə bildirilən "bir tayfa özündə olanı dəyişdirincəyə qədər, Allah ona nemət olaraq bağışladığını dəyişdirən deyildir" sirri üzərində çox səmimi və vicdanlı bir şəkildə düşünməlidir. Allahın bu ayədə bildirdiyi dəyişmə, sadəcə"səthi dəyişmə" deyil. Allah, "imanla, Allah qorxusuyla, şövqlə, səmimiyyətlə, könüldən bir dəyişikliyi" bildirir. Yoxsa insan, bəzən bir mövzuda ola biləcək bütün tədbirləri alar, o mövzunu həllə qovuşdura biləcəyini düşündüyü işləri qüsursuz olaraq yerinə yetirər və kənardan baxıldığında, bu adamın həqiqətən çox səy göstərdiyi görünər. Amma nəticədə yenə də, bu adamın həyatında ayədə bildirildiyi kimi bir nemət artımı olmaya bilər. Əlbəttə ki, yuxarıdakı ayələrdə açıqlandığı kimi, insanın həyatındakı nemət əskikliyinin davam etməsinin bir çox başqa səbəbi və hikməti ola bilər. Ancaq bu vəziyyətin başqa bir səbəbi də " sözügedən adamın, özünü yalnız xaricdən, yəni səthi olaraq dəyişdirməsi" ola bilər. Lakin bəzən insanlar, göstərdikləri səydəki bu səthiliyi fərq edə bilməz və "niyə hələ də səylərinin nəticə vermədiyini" anlamağa çalışarlar. Əslində bunun səbəbi çox açıqdır: Adam dərin düşünmədiyi üçün, əxlaqını da dərininə dəyişdirə bilməmişdir. Amma bu əskikliyi anlamadığı üçün, "çox səy göstərdiyini, amma yenə də istədiyi nəticəyə çata bilmədiyini", "müvəffəqiyyət əldə edə bilmədiyini", "səylərinin heç bir nəəticə vrmədiyini" (Allahı tənzih edirik) düşünər.

Halbuki çox böyük bir səhv edir. Allah Quranda,heç bir quluna ‘…(Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq…' (Ənbiya Surəsi, 47) bildirmişdir.

Bu vəziyyətdəki bir insanın Allahın bu sonsuz ədalətini bilərək, "Allah sonsuz ədalət və mərhəmət sahibidir. Əgər Allah mənim vəziyyətimi dəyişdirmədisə, demək ki, məndə hələ qüsur var. GörəsənHarada səhv edirəm görəsən?' deyə düşünüb, bu sualının cavabını da yenə Quranda axtarması lazımdır.

Quran ayələrində, Allahın bir insanda istədiyi ən əhəmiyyətli xüsusiyyətlərdən birinin "səmimiyyət" olduğu bildirilmişdir. Səmimiyyət, insan nə qədər qüsurlu və əskik olursa olsun, onu doğru yola çatdıracaq, Allahın razılığını qazanmasına vəsilə olacaq çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər insan şeytani məntiqləri, nəfsinin təsirini tamamilə rədd edərək, Allaha qarşı çox səmimi, dürüst düşünsə, -Allahın diləməsiylə- bir mövzuda dərhal ən doğru olanı tapa biləcək qabiliyyətdədir. Beləliklə bu mövzuda da Qurana səmimiyyətlə baxan bir insan "əsl qüsurun, xaricdə göstərdiyi feili səydə deyil, öz içindəki niyyətində olduğunu" görəcək. Çünki Allahın ayədə ifadə etdiyi "dəyişiklik", insanın içində Allaha qarşı çox səmimi bir qərar almasıdır. Allahın bəyənməyəcəyi bir əxlaq göstərməməyə qəti olaraq qərar verməsidir. Və bu qərarında, hər nə olursa olsun, geri addım atmamalı, zəiflik göstərməməli və qətiyyətli bir imanda olmasıdır. Beləliklə insan öz içində belə bir qərar aldıqdan sonra, ayədə bildirildiyi kimi, "Allahın ona bağışladığı neməti də dəyişdirməsini" ümid edə bilər.

Əlbəttə ki, insan heç vaxt bir yaxşılığı, gözəl əməli yalnız "nemət əldə etmək" üçün etməməlidir. Möminin əsl hədəfi Allahın razılığıdır. Mömin, heç bir dünya nemətini, Allahın razılığına, sevgisinə, dostluğuna və yaxınlığına dəyişməz. Bütün bunlar, dünyadakı nemətlərin hamısı bir yerə gəlsə, yenə də heç biriylə dəyişilməyəcək çox böyük bir nemətlərdir. Bu səbəbdən "özündə olanı dəyişdirərkən" möminin məqsədi də əsla"daha çox nemətə qovuşmaq" deyil. Əgər bir insan, ayədə xəbər verilən bu sirri lazımınca, hərtərəfli, səmimi şəkildə düşünərək müəyyən etsə, -Allahın icazəsiylə- Allah ona, daha əvvəl verdiyi nemətlərdən daha gözəlini və xeyirlisini bəxş edəcəyini" vəd etmişdir. Çünki Allahın qullarından əsl istədiyi, "sizin ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə" sözləriylə bildirdiyi kimi, səmimiyyətdir:

Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!" (Ənfal Surəsi, 70)