NƏTİCƏ
Buraya qədər təhlil etdiyimiz bütün məlumatlar bizə açıq həqiqəti göstərir: Quran elə bir kitabdır ki, içində verilən xəbərlərin hamısı doğru çıxmış və çıxır. Elmi mövzularda, keçmişdən və gələcəkdən verilən xəbərlərdə və ya riyazi şifrlərdə o dövrdə heç bir insanın bilmədiyi həqiqətlər ayələrdə xəbər verilmişdir. Bu məlumatların o dövrün elmi səviyyəsi və texnologiya ilə əldə edilməsi mümkün deyil. Əlbəttə, bu, Quranın insan sözü olmadığının açıq-aydın dəlilidir.
Quran hər şeyi yoxdan yaradan və elmi ilə bütün varlıqları əhatə edən uca Allah`ın sözüdür. Allah bir ayədə Quran haqqında: "... Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar" (Nisa surəsi, 82) - buyurur. Qurandakı hər məlumat bu İlahi kitabın naməlum gizli möcüzələrini üzə çıxarır. İnsan isə Allah`ın nazil etdiyi bu İlahi kitaba bərk sarılmalı və onu özünə yolgöstərici qəbul etməlidir. Allah Quranda bizə belə bildirir:
Bu Quran Allah`dan başqasına yalandan aid edilə bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiq edən kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: "Onu özündən uydurdu!" – deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allah`dan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!" (Yunis surəsi, 37-38)
Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allah`dan qorxun ki, bəlkə, sizə rəhm edilsin! (Ənam surəsi, 155)