Gözəl Mövzular


Kainatın yaradılışı


Kainatın yaradılışı

XX əsrin ortalarına qədər kainatın sonsuz ölçülərə malik olduğunu, sonsuzluqdan bəri mövcud olduğunu və əbədiyyən mövcud olacağını müdafiə edən düşüncə tərzi hakim idi. "Statik (sabit) kainat modeli" adlandırılan bu anlayışa əsasən, kainatın başlanğıcı və sonu yox idi.

Materialist fəlsəfənin də əsasını təşkil edən bu düşüncə tərzi kainatı sabit və dəyişməz maddələr yığını kimi qəbul edir, Yaradanın varlığını inkar edirdi. Halbuki, XX əsrdə inkişaf edən elm və texnologiya materialistlərin əsaslandığı sabit kainat modeli kimi ibtidai anlayışları kökündən məhv etdi.

XXI əsrin əvvəllərində kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayışla yarandığı müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamalarla sübut edilmişdir. Bundan əlavə, kainatın materialistlərin iddia etdiyi kimi sabit olmadığı, əksinə, daima hərəkət etdiyi və dəyişdiyi, genişləndiyi də müəyyən edilmişdir. Bu gün bu həqiqətləri bütün elm dünyası qəbul edir.

Qurani-kərimdə kainatın əmələ gəlməsi belə açıqlanır:

"O, göyləri və yeri (yoxdan) var edəndir... (Ənam surəsi, 101)

Quranda verilmiş bu məlumat müasir elmi kəşflərlə uyğunluq təşkil edir. Əvvəldə də bildirdiyimiz kimi, astrofizika bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə, sıfır həcmdən böyük partlayışla yarandığını qəti şəkildə isbat etmişdir. Böyük partlayış ( Big Bang ) adlandırılan bu nəzəriyyə bütün kainatın təqribən 15 milyard il əvvəl bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir.

Big Bang dən əvvəl maddə yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik yoxluq mühitində maddə, enerji və zaman bir anda yaradılmışdır. Müasir fizikanın aşkar etdiyi bu böyük həqiqət Quranda 1400 il əvvəl xəbər verilmişdir.