Gözəl Mövzular


İnfaq edərkən ən gözəl davranış nədir? İnfaq necə edilir?


İnfaq edərkən ən gözəl davranış nədir? İnfaq necə edilir?

Allah gizli və açıq (Bəqərə surəsi, 274) infaq etməyi bildirir. Ancaq Allah infaq edənlərin bunu əsla göstəriş üçün etməmələrini,infaq etdikləri insana daha sonra sıxıntı verəcək hərəkət etməmələrini və onlara minnət qoymamalarını əmr edir. Allah verdiyi nümunələrlə göstəriş üçün infaq edənlərin heç bir qarşılıq görməyəcəklərini xatırladır:

Xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allah`a və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! Mallarını Allah`ın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm ( də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 263-265)