İnsanlar adətən sıxıntıları olduğu zaman, o mövzuya ən yaxşı həll yolunun “yalnızlıq” olduğunu düşünürlər. Dərhal olduqları yerdən uzaqlaşıb, özlərinə tək qala biləcəkləri bir yer axtarmağa çalışırlar. İş yerində ya da başqa bir yerdədilərsə, cəld evə getməyə çalışır, dostları ilə birlikdədirlərsə, dərhal onların yanından ayrılırlar. Evlərində ailələri ilə birlikdədirlərsə, dərhal otaqlarına çəkilirlər. Hər yerdə biri varsa, ən son çarə kimi olduqları evin ya da iş yerinin hamamı kimi heç kimin onları görə bilməyəcəyini düşündükləri bir yerə keçirlər. Qısacası şərtlər nə qədər çətin olsa da, mütləq yalnız qalmağa çalışırlar.
Yalnızlığın o anda, həmin sıxıntıdan qurtulmaları üçün heç bir fayda verməyəcəyinin şüurunda deyillər. Soruşulsa, səbəbini özləri də bilməzlər. Çünki o cür vəziyyətdə onsuzda, əsl problem “ağılla düşünməkdən qaçmaq istəmələridir”. Ətraflarında kimsə olduğu zaman, davranışlarına diqqət etmələri, məqbul və məntiqli davranmaları lazım olacaq. Ancaq yalnız qaldıqlarında bunların heç birini düşünmək məcburiyyətində qalmadan, “düşünmədən” hərəkət edə biləcəklər. Bu düşünməkdən qaçmaq istəyinin isə özlərinə rahatlıq gətirəcəyinə inanırlar.
Əgər bir insan həqiqətən hər hansı bir mövzuda təfəkkür etmək, daha yaxşı və gözəl düşünəbilmək üçün Allaha sığınaraq, Allahdan yardım istəmək, dua etmək məqsədilə yalnız qalmaq istəsə, bu əlbəttə ki, çox məqbul davranış olar. Allah, Quranın bir çox ayəsində, insanlara bu əxlaqı tövsiyə etmişdir. Bu dərinliyi əldə etmək üçün əlbəttə mütləq tək qalmaq kimi bir məcburiyyət yoxdur, amma, məqsəd Allaha yönəlmək olduğunda, bu davranış normal bir hal alır.
Ancaq insanlar, yuxarıda da qeyd edildiyi kimi, adətən sıxıntı anlarında nəfslərinin təsiri altına düşdüklərində, Quran ayələrini lazımi şəkildə düşünə bilmədiklərində, vicdanlarını tam olaraq istifadə edə bilmədiklərində ətraflarındakı insanlardan qaçıb tək qalmağa çalışırlar.
Yalnız qaldıqları zaman isə onlara ilk yanaşan və onların içində olduqları bu vəziyyətdən ilk istifadə etmək istəyən varlıq, şeytan olur. Şeytan, bu şəxslərin vicdanlarından uzaqlaşıb, nəfslərinin təsiri altına düşmələrini təmin edir. Quranla düşünmələrini, Allah rizasına ən uyğun davranış nədirsə onu tətbiq etmələrini əngəlləməyə, unutdurmağa çalışır. Bunun yerinə o insanı, Quran əxlaqında olmayan davranışlara sürükləmək istəyir. Duyğusallığa, məntiqsizliyə, güvənsizliyə, ümidsizliyə, üzüntüyə, bədbinliyə qapılmaları üçün çabalayır. Allah diləmədikçə, dünyadakı tək bir toz zərrəciyinin belə hərəkət etməyəcəyini unutdurub, onlara hadisələri insanların idarə etdiyini düşündürür. Bu yanlışlıq nəticəsində də insanın, ətrafındakı insanlara, dostlarına, yaxınlarına qarşı nifrət, kin, həsəd, küsəyənlik kimi duyğulara qapılıb Quran əxlaqından uzaq davranışlar sərgiləməsinə şərait yaratmaq istəyir.
Diqqətlicə müşahidə edilərsə, burada danışılan insan xarakterinin, televiziya filmlərində, dizilərdə və romanlarda da sıx-sıx yer aldığı görülər. Eyni şəkildə bir çox insan, uşaqlıqdan etibarən qohumları, ailəsi ya da dostları arasında, bu tərz bir davranış göstərən kimsələrə çox rast gəlmişdir. Cəmiyyətdə insanlara verilən bu təlqin nəticəsində, ağlını istifadə edəbilməyən, Allahdan uzaq yaşayan insanlar, müəyyən vəziyyətlərlə qarşılaşdıqları zaman bu cür bir davranışa meyil göstərirlər.
Bu cür insanların önəmli bir xüsusiyyəti də, yalnızlıqlarını heç kimin pozmasına icazə verməmələridir. Bəzən bir xəstəlik, bəzən yuxusuz olduqları, bəzən də çalışmaları lazım olduğu bəhanəsi ilə bu yalnızlığın müddətini mümkün olduğu qədər uzatmağa çalışırlar.
Tək qalmağı bacardıqdan sonra nə edəcəklərinə gəldikdə, tək istədikləri tək qalaraq, “heç bir şey etməməkdir”. Düşünməmək, ağıl və məntiqdən istifadə etməmək, içində olduqları vəziyyəti düzəltməyin və qurtulmağın yolunu axtarmağa çalışmamaq, nəfislərindən gələn pis təlqinləri dinləməyə çalışmamaq, insanlara qarşı sıxıntılarını gizlədib gözəl əxlaq göstərmək məcburiyyətində qalmamaq, yaxşılığı, əfvediciliyi, xoşməramlı olmağı və yetkin olmağı, sevgini, mərhəməti, fədakarlığı göstərən tərəf olmamaq, gözəl söz söyləməmək, gözəl üz göstərməmək və vicdanın yönəltdiyi daha bir çox gözəl davranışı yaşamaqdan qaçmaq...
“Bəs şeytan, bütün bu davranışlardan uzaqlaşdırdığı, yalnızlığa çəkilmiş bu insanları nə etməyə yönəldir?”
Şeytanın əsl istədiyi, bu insanları – Allahı tənzih edirik – inkara, üsyana və qəflətə sürükləyə bilməkdir. Qısa bir vaxt üçün belə olsa, – Allahı tənzih edirik- Allahı, qədəri, ölümün, hesab gününün və axirətin yaxınlığını unutdura bilmək, insanı qəflətə sürükləyə bilmək və bunun nəticəsində də qədərə üsyana, təvəkkülsüzlüyə, Qurana uyğun olmayan bir düşüncə və üsluba çəkə bilməkdir. Şeytan, hər sıxıntıya düşdüklərində bu yöndə təsir edə biləcəyini düşündüyü bu kimsələri, axırda bir gün tam olaraq inkara sürükləyə bilmə ümidi içərisindədir.
Ancaq şeytan əlbəttə insanlara bu məqsədi açıq şəkildə bildirməz. Bunun yerinə bəzən də insana normal, məqbul hətta faydalı olacağına inandırdığı səbəblər irəli sürdürür. Ancaq, şeytanın planı şübhəsiz ki, bu xeyirli düşüncələri də dərhal əngəlləyib insanı öz yoluna çəkməyə çalışmaq olacaqdır. Bu istiqamətdə insan, “Bir az yalnız qalım, özümə gəlim”, “İndi doğru düşünməyə bilərəm. Bir az istirahət etsəm, ağıllı hərəkət edə bilərəm”, “İndi özümü toplaya bilmədiyimi başqaları görməsin. Özümə gəlim dərhal yanlarına qayıdacam”, “Yalnız qalıb yaşadığım bu hadisələri bir az gözdən keçirib analiz edim. Öz xətalarımı tapıb doğrusuna niyyət edim” kimi, aldadıcı səbəblərlə yalnızlığa yönəlir.
Mömin, şeytanın bu “məsum kimi görünən, ancaq, rəhmani olmayan” vəsvəsəsinə qarşı çox diqqətli olmalıdır. Allahın, göstərəcəyi əxlaqı sınamaq üçün yaratdığı sıxıntılarla qarşılaşan bir insanın, içindən keçən “yalnız qalma istəyinin”, “doğru yol olmayacağını” dərhal anlaması vacibdir. O çətinlik ya da sıxıntılı vəziyyət qarşısında göstərməsi lazım olan Quran əxlaqı nədirsə, onu hər kəsin arasında, açıq-açıq yaşamağa çalışmalıdır. Xətalarını düşünəcəksə, daha yaxşı olmağa cəhd edəcəksə, niyyətini təzələyəcəksə, bunu mömin qardaşlarının yanında da edə bilər. Gözəl bir söz söyləyəcək, könül alacaq, hər hansı bir şeyi tarazlaşdıracaqsa, bunu heç çəkinmədən izdiham içində də etməlidir. Üzərində mənəvi bir sıxıntı varsa, dərhal Allaha sığınmalı, Allahın verdiyi gözəl nemətləri düşünüb şükür etməlidir. Sıxıntının şeytandan olduğunu bilib, - Allah rizası üçün – şeytanın istədiyinin tam əksi yöndə, Quran əxlaqının tələb etdiyi kimi şən, qaynayıb-qarışan olmalıdır. Onun bu gözəl əxlaqı, şeytanın tələsini başdan pozacaq, insanın qəlbinə də iman hüzuru və fərahlıq verəcəkdir. İnsanları sıxıntıdan qurtaracaq tək yol, “Rəbbimizə sığınıb, Allahdan və Quran əxlaqına əsasən davranmaqdır”. Quranda bu həqiqət insanlara belə bildirilmişdir:
Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. (Cumuə surəsi, 10)Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)