Uşaqlıq illərindən etibarən qarşılaşdıqları hadisələr insanların xarakterlərinin formalaşmasına bir çox cəhətdən təsir edir. Bəzən çətinlik və sıxıntılar, bəzən xəstəliklər, bəzən ölümlər, bəzən də nemətlərin artması və əldə edilən nailiyyətlər insanların şəxsiyyətlərini kamilləşdirir. Zaman keçdikcə və yaşanan hadisələrlə davamlı olaraq müsbət yöndə şəxsiyyətin dəyişməsi insanlar üçün gözəl nemətdir.
Bir də insanların xarakterlərinin sağlam olmamasından qaynaqlanan xarakter dəyişməsi var. Lakin bu dəyişikliklər zamanı davamlı yaxşıya doğru irəliləyiş olmaz. Diqqəti cəlb edən tək xüsusiyyət, sadəcə, insanın dəyişkən xarakterdə olmasıdır.
İnsanın həyatda yaşaya biləcəyi bütün hadisələr bu insanların xarakterlərinin dəyişməsinə səbəb ola bilər. Bir gün havanın yağışlı, qaranlıq, qarlı, çiskin, ya da günəşli olması, bir gün yuxusuzluq, ya da istədiyi yeməyi yeməməsi, bir gün baxdığı film o insanın həmin gün xarakterinin dəyişməsinə səbəb ola bilər. Eyni şəkildə, o gün iş yerlərində yaşadıqları bir hadisə və ya tərslik olaraq fikirləşdikləri bir vəziyyət tamamilə fərqli xarakter göstərmələrinə səbəb ola bilər. Hər hansısa bir səbəbdən anidən sevinə və üzülə bilər, günlərlə, həftələrlə duyğularının təsirində qala bilərlər.
Xarakterlərinin nəyə görə və nə zaman dəyişəcəyi barədə fikir bildirmək olmaz. İllərlə o insanı tanıyan biri onunla qarşılaşdığı zaman tanıdığı insanı görəcəyini düşünərkən, haradasa, heç tanımadığı yeni bir insanla qarşılaşmış kimi olar. Həmişə zarafatları xoş qarşılayan və gülən bu insan bir gün bu zarafatlardan inciyər, tərs qarşılıq verə bilər. Ya da həmişə ondan kömək istəyəndə fədakarlıqla kömək edən bu insan bir gün bu tələbə narazı və istəksiz şəkildə qarşılıq verə bilər. Həmişə çox sürətli, çalışqan və məsuliyyətli olduğu halda bir gün laqeyid, məsuliyyətsiz ola bilər. Qısası bir günü bir gününə, bir saatı bir saatına uymaz. Bu dəyişiklikləri əvvəlcədən təxmin etmək mümkün olmadığı üçün bu insanlarla dost olan insanlar davamlı olaraq fərqli xarakterlərlə qarşılaşarlar.
Bu insanların göstərdikləri bu dəyişkən xarakter ətrafdakıları narahat edir. Çünki insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri xarakterinin sağlam olmasıdır. Bu da insanın imanından qaynaqlanır. Sağlam xarakterli insan şərtlərdən asılı olmayaraq, çətinliklər və ya nemətlər qarşısında fərqli xarakter göstərməz. Bu insanlar sədaqətlidirlərsə, hər zaman sədaqətli olurlar. Fədakardırlarsa, hər zaman fədakar olurlar. Güvənilən kəslərdirlərsə, həmişə elədirlər. Nə hava, nə fəsil, nə əldə etdikləri nailiyyətlər, nə yaşadıqları çətinliklər bu insanların ruh hallarına təsir etmir. Çünki möminlər xarakterlərini Qurana uyğun formalaşdırırlar. Hər an Quran əxlaqını ən mükəmməl şəkildə yaşamağı hədəflədikləri üçün bu əxlaqlarını dəyişdirmirlər.
İnsanlar bu mövzuda bunu əsas götürməlidirlər: özləri xarakterləri davamlı dəyişkən, hər gün, hər saat fərqli münasibət göstərən bir insanla dost olmaq istəyərdilərmi? Əlbəttə heç kim bu cür biriylə yoldaşlıq etmək istəməz. Hər insan qarşısında inana biləcəyi, tanıdığına əmin olduğu, nə vaxt nə edəcəyini, nəyə nə cür reaksiya verəcəyini bildiyi bir insan olmasını istəyər.
Buna görə də hər insan bunu hədəfləyərək, öz xarakterini də bu cür formalaşdırmalı və hamının inandığı bir insan olmağı hədəfləməlidir.
Möminlər cahil insanlarda müşahidə olunan bu tərz dəyişik xarakterdə olmağı heç bir şəkildə qəbul etməməlidirlər. İman edən insan əgər yaxşı, çalışqan, təmkinli bir insandırsa hər zaman bu cür olmalıdır. Zaman keçdikcə, öz üzərində işləyərək daha yaxşı hala gəlməyi hədəfləməlidir.
Allahın rizasına uyğun olan əxlaq da budur. Allah Quranda əbədi qalan yaxşı əməllərin Allah qatında məqbul sayıldığını bu cür bildirmişdir:
“Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir”. (Kəhf surəsi, 46)