İnsanın ağlı Qurana uyğun olmadığı zaman qarışıq olmağa meyillidir. Bu halda, insan “ağıllı insan” olmaq xüsusiyyətini itirir. Ağılı təmiz, saf, məqsədəuyğun və faydalı etməyin yeganə yolu şəkksiz iman gətirmək, Allah’ın sonsuz və qüsursuz ağlına, Qurana tam tabe olmaqdır.
İman gətirən bir insanın mükəmməl ağıla sahib olmasını istəməyən varlıq isə şeytandır. Şeytan Allah’ı sevən, Qurana bağlı olan, Allah’ın rizası üçün yaşayan hər bir insanın qarşısındakı mənfi gücdür. Möminlərin Allah’a ixlasla iman gətirmələrinə mane olmaq, ağıllarını qarışdırmaq, doğru davranışlarını azacıq da olsa, pozmaq məqsədi ilə hər yoldan istifadə edir. İnsanların qəlblərinə boş xəyallar, yersiz şübhələr, heç bir dəlili olmayan vəsvəsələr verir. Eyni zamanda, bunlara tamamilə inanmalarına səbəb olur. Hətta o qədər inandırıcı fikirlər irəli sürür ki, insan ardınca getdiyi bu xəyalları qəti şəkildə müdafiə etməyə başlayır.
Əlbəttə ki, şeytanın bu təlqinləri iman gətirən, Allah’a sığınan və Qurana tabe olan insanlara heç bir şəkildə təsir etməz. Ancaq iman gətirdikləri halda, Qurana lazımi şəkildə tabe olmayan insanlar şeytanın təlqinlərinə qapıla bilərlər.
Bəzən bu vəziyyətdəki bir insan şeytanın təlqinlərindən xilas olub təmiz ağıla sahib olmaq və doğru düşünmək istəyər. Lakin yenə də ağlında meydana gələn qarışıqlığa qapılaraq özünə təqdim olunan doğruları qavramaqda çətinlik çəkər. Təmiz ağılla hərəkət etməyən mömin dostlarının məsləhətlərini tətbiq etməkdə qətiyyət göstərə bilməz. Onu bu vəziyyətdən qurtaran Qurana uyğun olan rəftarı göstərməyin nə qədər asan olduğunu görməz. Çarəni öz qarışıq məntiqində axtarıb tapmağa çalışar. Yaxud həm Qurana uyğun, həm də öz qarışıq ağlına uyğun hərəkət edər. Bunun nəticəsində də, Quranın bərəkətindən lazımi şəkildə istifadə edə bilməz və axtardığı nəticəni əldə edə bilməz.
Belə vəziyyətlərdə mömini (Allah dilədiyi təqdirdə) mütləq şəkildə doğru yola sövq edən bir çarə var: Ölümü, axirəti, cənnətin və cəhənnəmin yaxınlığını, ölümlə birlikdə ağlındakı bütün düşüncələrin bir anda yox olacağını, Allah’ın rizasını və rəhmətini qazanmaqdan başqa heç nəyin əhəmiyyətinin qalmayacağını düşünmək… Yaşadığı halda, “tutaq ki, öldüm”, “ətrafımdakı bütün insanlar da öldü”, “bütün hadisələr çoxdan sona çatdı” və “bütün bildiklərimlə birlikdə axirətdəyəm”, deyə düşünərək hərəkət etmək…
Belə ki, insan öldüyü zaman özü haqqında hər hansısa bir haqq iddia etməyəcək, hər hansı bir şeyi həll etməyə çalışmayacaq, hadisələri, insanları analiz etməkdən, özünə qarşı olan davranışları, baxışları, söhbətləri müzakirə etməkdən əl çəkəcək, hadisələrə, insanlara, həyata qarşı şübhə və xəyallarla yaxınlaşmağın mənasızlığını görəcəksə, bu həqiqəti hələ həyatda ikən qavrayan bir insan da (Allah’ın izni ilə) eyni üstün ağılı və kamil imanı ölməzdən əvvəl də əldə edə biləcəkdir.
Bu cür imanlı insanın üzərindəki bütün mənfi təsirlər aradan qalxacaq, ağlında meydana gələn qarışıqlıq dağılacaq, Qurana uyğun düşünüb hərəkət edə biləcək və Allah’ın razı olacağı əxlaqa çatacaqdır.
Şeytanın bütün oyunları boşa çıxacaqdır. Ondan gələn vəsvəsə və şübhələr bu cür möminin qəlbinə təsir edə bilməyəcəkdir. Əvvəllər şeytanın verdiyi vəsvəsələr nəticəsində böyük problemlərlə qarşı-qarşıya olduğunu düşünən insan bu həqiqəti qavramaqla yanaşı, şeytanın verdiyi vəsvəsələrə güləcəkdir.
“Tutaq ki, mən öldüm”, “tutaq ki, dünya yerlə yeksan oldu” və “tutaq ki, ətrafımdakı yaxşı və pis insanların hamısı öldü”, deyə düşünən insanın hansı əxlaq anlayışına sahib olacağını qavramaq da son dərəcə əhəmiyyətlidir.
Sanki ölmüş kimi dünyadan keçən insan, eyni zamanda, bütün haqlarından da keçmiş olur. Artıq bir bədəni yoxdur ki, bədəninə dair haqq iddia etsin. Yaxud bir nəfsi yoxdur ki, nəfsinə dair haqqının ardınca düşsün. Bu, bir itki deyil, əksinə, qazancların ən böyüyünə, Allah’ın rizasını qazanmaq yoluna açılan bir qapıdır. Kamil imanı yaşamağın bu sirri möminə möhtəşəm mənəvi güc qazandıran xeyirli bir təfəkkür formasıdır.
Bu düşüncə ilə insanın haqlı olduğu, haqqının tapdalandığı və ya haqqının təqdir edilmədiyi barəsindəki bütün fikirləri tamamilə aradan qalxar. Haqlılıq düşüncəsinin səbəb olduğu inciklik, küskünlük və ya əsəbiləşmək kimi bütün davranış pozuntularından xilas olar. Beləliklə, bu barədə əlaqəsi olan bütün insanlara ən mükəmməl əxlaqı göstərən bir qəlb rahatlığı əldə etmiş olar. İçindən çıxa bilmədiyi bütün mövzuların həllinin nə qədər asan olduğunu başa düşər. Çarənin şeytanın üsullarında deyil, Allah’a səmimi təslim olmaqda olduğunu görər.
Allah’a təslim olan mömin isə Allah’ın bənzərsiz qoruması, rəhməti və köməyini qazanar. Belə insan dünyada heç nə ilə əldə edilməsi mümkün olmayan güc əldə etmiş olar. Allah’ın rizasına uyğun olan əxlaqı göstərməyin çox möhtəşəm müsbət təsiri var. Mömin insan bu müsbət təsirin altına düşər. Üzərindəki imani xoşbəxtlik, sevinc, rahatlıq hər an, hər mövzuda ən gözəl, ən aktiv və ən çox cəhdi göstərməsinə səbəb olar. Bu cür insan ətrafındakı hər insanın sevdiyi, hörmət etdiyi, yanında olmaq, söhbət etmək, dostluq etmək istədiyi, hamının etibar etdiyi, sevgi dolu, dünyagörüşlü, ağıllı insan olar. Beləliklə, dünya şərtlərinə görə ən yüksək səviyyədə sevgini yaşayan, güclü sevməyi və sevilməyi bacaran əxlaqa yiyələnər.