Geri qaytaran göy
Qurani-kərimin "Tariq" surəsinin 11-ci ayəsində göy üzünün qaytaran xüsusiyyətindən belə bəhs edilir:
And olsun qayıdan göyə! (Tariq surəsi, 11)
Quran tərcümələrində "qayıdan" şəklində tərcümə edilən "rəci" sözü geri qaytaran mənalarını verir.
Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer bir neçə təbəqədən ibarətdir. Hər təbəqənin həyat üçün əhəmiyyətli funksiyası var. Təbəqələrdən hər biri gələn maddə və ya şüaları kosmosa və ya yer üzünə qaytarma xüsusiyyətinə malikdir. Burada atmosfer təbəqələrinin geri qaytarma xüsusiyyətini bir neçə nümunə ilə nəzərdən keçirək.
Yer səthindən 13-15 km hündürlükdə yerləşən troposfer təbəqəsi yer üzündən qalxan su buxarının sıxlaşıb yağış şəklində geri qayıtmasını təmin edir. 25 km hündürlükdə yerləşən stratosferin alt təbəqəsi olan ozonosfer kosmosdan gələn radiasiya və zərərli ultrabənövşəyi şüaları əks etdirərək yer üzünə çatmadan kosmosa geri qaytarır.
Atmosfer təbəqələrinin hələ yaxın keçmişdə kəşf edilmiş bu xüsusiyyətinin əsrlər əvvəl Quranda bildirilməsi Quranın Allah`ın sözü olduğunu bir daha təsdiq edir.