Cinlər necə varlıqlardır?
Cinlərin də iman gətirəni və gətirməyəni varmı?
Axirətdə onların da yaşayacağı cənnət və cəhənnəm olacaqmı?
Cinlər eynilə insanlar kimi Allah`a ibadət etmək üçün oddan yaradılmış, başqa aləmdə yaşayan varlıqlardır (Zəriyət surəsi, 56) , (Hicr surəsi, 27) . Allah cinlərə də elçilərini göndərir (Ənam surəsi, 130) . Onlardan da iman gətirənlər və gətirməyənlər var. Allah cinlərin bu halını bir ayədə belə xəbər verir:
Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. (Cinn surəsi, 14)
Eyni zamanda, aralarında insanlarda olduğu kimi peyğəmbərlərə düşmənçilik edənlər də var:
Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq... (Ənam surəsi, 112)
Cinlər də insanlar kimi axirətdə əməllərinin əvəzini alacaqlar. Allah`a iman gətirib peyğəmbərlərin xəbərdarlığını dinləyənlərə əsla haqsızlıq edilməyəcək, savab qazanacaqlar. İnkar edən cinlər isə inkar edənlərlə birlikdə cəhənnəmə atılacaqlar. Allah bu qəti həqiqəti Quranda bildirmişdir:
Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179))