Gözəl Mövzular


Allah necə zikr edilir?


Allah necə zikr edilir?

Möminlər Allah`ın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allah`ın yaratdığını bilirlər. Ona görə, Allah`ı heç vaxt unutmurlar. Həyatlarının hər anında həm qəlbən Allah`ı düşünür, həm də digər möminlərlə söhbət etdikdə Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını, sənətini zikr edirlər. Möminlərin hər an Allah`ı zikr etməsi Quranda belə bildirilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Allah`ı zikr etmək hər şeyi, baş verən hər hadisəni Allah`ın yaratdığını bilmək, "Allah mənə bununla nə göstərmək istəyir?"şəklində düşünmək, Allah`ın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Allah`ın ucalığını qavramaq üçün səy göstərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Məsələn, kənardan baxdıqda çətin kimi görünən bir hadisə ilə qarşılaşdıqda təvəkküllü davranan və səbir edən insan o an Allah`ı zikr etdiyi üçün bu şəkildə davrana bilir. Allah`ı zikr edən insan Allah`ı və Onun gücünü heç vaxt unutmaz və daima ağıllı davranar.