Zənginliyin axirətdə hər hansı faydası olacaqmı?
İnsanın nə zəngin olması, nə də dünyada ikən güc və iqtidar sahibi olması axirətdə ona heç bir fayda verməz. İnsanın dünyada istədiyi qədər pulu, var-dövləti olsa da, ölü bədəni torpağabasdırıldığı andan etibarən sərvətinin ona heç bir yararı olmayacaq. Əgər inkar edənlərdəndirsə, bütün digər inkarçılar kimi cəhənnəmə atılacaqdır. Dünyada ikən var-dövlətlərinə görə başqa cür münasibət görən bu insanlar axirətdə çox alçaldılacaqlar. Çünki onlar dünyadakı var-dövlətlərinə görə lovğalanmış və Allah`ın ayələrini təkzib etmişdilər. Axirətdə insanlar Allah`a iman gətirdiklərinə və Allah`dan qorxaraq Onun razı olduğu kimi davrandıqlarına görə qarşılanacaqlar. Dünyadakı var-dövlət və ya statusları onlara üstünlük gətirməyəcək. Zənginliyin Allah dərgahında heç bir dəyərinin olmadığını bildirən ayələrdən biri belədir:
Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə göndərilənləri inkar edirik!" – dedilər. Onlar: "Bizim mal-dövlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir" – dedilər. De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti bilməz!" Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 34-37)