Yumurta hüceyrə
Sperma yumurtaya uyğun dizayn olunarkən, eyni zamanda, yumurta da həyata toxum olmağa hazır vəziyyətə gətirilir… Qadının xəbəri yox ikən yumurtalıqlarda əmələ gələn yumurta əvvəlcə qarın boşluğuna buraxılır, dərhal sonra da ana bətnində uşaqlıq boruları ilə tutulur. Daha sonra yumurta hüceyrə uşaqlıq yolunun daxili səthindəki tüklərin hərəkəti ilə irəliləyir. Yumurta hüceyrənin ölçüsü bir duz dənəciyinin yarısına bərabərdir.
Yumurta hüceyrə ilə sperma uşaqlıq yolunda görüşürlər. Burada yumurta xüsusi maye ifraz etməyə başlayır. Bu maye vasitəsilə spermalar yumurtanın yerini tapırlar. Bu cəhətə diqqət edək, yumurta xüsusi maye ifraz etməyə başlayır deyərkən insandan və ya şüurlu varlıqdan danışmırıq. Bu kiçik zülal yığınının öz-özünə belə bir şeyə qərar verməsi, habelə, spermanı cəlb edən kimyəvi birləşmə hazırlayıb ifraz etməsi təsadüflə açıqlana bilməz. Ortada açıq-aşkar yaradılış var.
Allah orqanizmin çoxalma sistemini xüsusilə yumurta ilə spermanı görüşdürəcək şəkildə yaratmışdır. Qadın çoxalma sistemini spermalara, spermaları da qadın orqanizminə uyğun yaratmışdır.