Gözəl Mövzular


Yerin və kosmosun ölçüləri


Yerin və kosmosun ölçüləri

Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. (Rəhman surəsi, 33)

Yuxarıdakı ayədə "hüdudları" kimi tərcümə edilmiş sözün ərəbcəsi "əqtar"dır. "Əqtar" ərəb dilində diametr mənasını verən "qütur" sözünün cəm halıdır və göylərin və yerin bir neçə diametri olduğunu bildirir. Ərəb dilində sözü istifadə formasına əsasən, tək və ya cəm (ikidən çox) və ya ikili formada işlədildiyini anlamaq mümkündür. Ona görə, bu sözün buradakı istifadə forması ilə - ikidən çox olduğunu ifadə edən cəm halı ilə başqa möcüzəvi məlumat verilir.

Məlum olduğu kimi, üç ölçülü cisim ancaq yastı kürəvi formaya malikdirsə, bir diametri ola bilər. Diametrlər ifadəsi isə yastı olmayan kürəvi formaya aiddir. Belə ki, ayədəki bu söz – diametrlər – Yerin geoid formasına işarə edir. Ayədə diqqət çəkən digər məsələ isə diametrlərdən bəhs edilərkən yerdən və göylərin ayrı qeyd edilməsidir.

Albert Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinə əsasən, kainat genişlənir. Lakin bu, qalaktikaların və digər göy cisimlərinin kosmosda ətrafa yayıldığını göstərmir. Bu, kosmosun genişləndiyinə və bu zaman qalaktikalar arasındakı məsafənin açıldığına işarə edir.

"Rəhman" surəsinin 33-cü ayəsində işlədilən "göylərin hüdudları" ifadəsi də kosmosun kürəvi formasına işarə edir (ən doğrusunu Allah bilir). Kosmosun müxtəlif yerlərindən diametrlər fərqli olduğu kimi, genişlənən kainatın diametrləri də daima dəyişəcəkdir. Bu baxımdan, ayədə diametr sözünün cəm halda istifadə edilməsi çox hikmətlidir və Quranın hər şeyi bilən Rəbbimizin vəhyi olduğunu göstərir.