Yerin geoid forması
Bundan sonra da yeri döşədi. (Naziat surəsi, 30)
Yuxarıdakı ayədə "döşədi" kimi tərcümə edilmiş "dəha" sözü yaymaq mənasını verən "dəhv" kökündəndir. "Dəhv" sözü döşəmək, düzəltmək mənalarını versə də, daşıdığı məna baxımından bəsit döşəmək feli deyil. Bu söz yuvarlaq formada düzəltmək, döşəmək mənalarını ifadə etmək üçün işlədilir.
"Dəhv" sözündən törəmiş digər sözlər də yuvarlaqlıq mənasını daşıyır. Məsələn, uşaqların topu yerdəki çuxura salması, daş atıb çuxura salma yarışları, qozla oynanan uşaq oyunları "dəhv" sözü ilə ifadə edilir. Dəvəquşunun yuva qurması, yatacağı yerdəki daşları təmizləməsi, yumurtladığı yer və yumurtası da bu kökdən törəmiş sözlərlə ifadə olunur.
Belə ki, Yerin forması da yumurtanı xatırladır. Yerin qütblərdən basıq kürəvi forması geoid adlanır. Bu baxımdan ayədə "dəha" sözünün işlədilməsi Allah`ın Yer haqqında verdiyi mühüm məlumata işarə edir. İnsanların əsrlər əvvəl Yerin formasının düz olduğunu düşünməsi və həqiqi formasının ancaq texnoloji imkanlar nəticəsində müəyyən edilməsi Quranın Allah`ın vəhyi olduğunu göstərir.