Yerin ətrafından əskilməsi
Məgər onlar Bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi?.. (Rəd surəsi, 41)
... Məgər Bizim torpağa gəlib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi?.. (Ənbiya surəsi, 44)
Yer Günəşdən gələn proton, elektron və alfa zərrəciyi bombardmanına məruz qalır. Bu Günəş qasırğaları atmosferi Yerdən ayıracaq qədər güclüdür. Lakin atmosferin tükənməsi Yerin hal-hazırkı maddə itirmə miqdarı ilə (saniyədə ən çox 3 kq) Günəşin ömrünün 5 misli qədər davam edəcək. 35 Çünki Yer atmosferdəki maqnitosfer təbəqəsinin əmələ gətirdiyi güclü maqnetik sahə sayəsində bu güclü eroziyalardan qorunur. Yerin ionosfer təbəqəsinin üstündən kosmosa yayılan oksigen, helium və hidrogen ionları Yeri əhatə edən ucsuz-bucaqsız hava təbəqəsi ilə müqayisə edildikdə çox azdır. Lakin kosmosa yayılan ion miqdarı yenə də çoxdur. 36
Tədqiqatçılar Günəşdəki enerji partlayışlarının atmosferin xarici təbəqəsindən oksigen və digər qazların kosmosa yayılmasına səbəb olduğuna dair ilk konkret dəlilləri NASA-nın kosmik cihazları vasitəsilə əldə etdilər. Beləliklə, Yerin xarici təbəqələrdən maddə itkisinə uğradığını ilk dəfə 24-25 sentyabr 1998-ci ildə elm adamlarına məlum oldu. 37
Digər tərəfdən, yuxarıdakı ayələr yer üzünün quru təbəqələrinin azalmasına işarə edə bilər. Dövrümüzdə qütblərdəki buzlaqlar əriyir və okeanlardakı dəniz suyunun səviyyəsi yüksəlir. Artan su miqdarı da daha çox qurunu basır. Dəniz sahilləri su altında qaldıqca yer üzündəki quru miqdarı azalır. 38 Yuxarıdakı ayələrdə işlədilən "onu tərəflərindən əskiltdiyimizi görmürlərmi"və "torpağa gəlib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi"ifadələrinin dəniz sahillərinin sularla örtülməsinə işarə etməsi ehtimal olunur.
"Nyu York Tayms" (New York Times) qəzetində bu barədə belə xəbər verilir:
Keçən əsrdə yer üzünün təxmini səth temperaturu 1 fahrenheyt qalxmışdır, keçən əsrin son rübündə istiləşmə də artmışdır. Bu mühüm rəqəmdir... Əvvəlki peyk tədqiqatlarında və dəniz altında aparılan müşahidələrdə şimal qütbündə istiləşmə və buz kütlələrinin əriməsinin artdığı aşkar edilmişdi... Menhettendə (Manhattan) NASA tədqiqat mərkəzi olan Qoddard Kosmologiya İnstitutundakı elm adamları 1950 və 1960-cı illərdəki sualtı müşahidələrin nəticələri ilə 1990-cı ilin nəticələrini müqayisə etdilər və şimal qütbü hövzəsindəki buz təbəqəsinin 45% nazildiyini sübut etdilər. Peyk görüntüləri ərazini örtən buzlaqların ölçüsünün keçən illərdə həddindən artıq azaldığını göstərir. 39
XX əsrin sonlarında əldə edilmiş nəticələr "Ənbiya" surəsinin 44-cü və "Rəd" surəsinin 41-ci ayələrindəki hikmətləri anlamağımıza kömək etmişdir.
Allah`ın ayədə bildirdiyi kimi, yerin ətrafından əskilməsi Quranda bildirilən başqa bir elmi həqiqətə işarə edə bilər. Öz oxu ətrafında dövr edən Yerin fırlanmasından qaynaqlanan geoid forması son əsrlərdə qəbul edilmiş həqiqətdir.
Aparılan tədqiqatlarda fırlanma nəticəsində əmələ gələn qüvvə ilə Yerin ekvator çevrəsindən genişləndiyi, qütblərdən isə yastılaşdığı üzə çıxmışdır. Bundan başqa, Yerin fırlanmağa davam etdiyi üçün bu dəyişiklik də davam edir. Belə ki, "Rəd" surəsinin 41-ci ayəsində "əskiltdiyimizi"kimi tərcümə edilmiş "nənkusu" sözü əskilmə prosesinin hələ də davam etdiyini göstərir.
Yerin cazibə qüvvəsi Yer kimi göy cisimlərini kürəvi formaya salmışdır. Ancaq bu, tam kürəvi forma deyil, qütblərdən bir az yastılaşmış və ekvatordan geniş olan formadır. NASA-nın məlumatlarına əsasən, Yerin ekvatordakı radiusu 6.378.1 km, qütblərdəki radiusu isə 6.356.8 km-dir.40 Burada 0.3% fərq var.
Yerin forması ilə bağlı bu model ilk dəfə 1687-ci ildə İsaak Nyuton (Isaac Newton) tərəfindən irəli sürülmüşdür. Ayələrdə təqribən 1400 il əvvəl işarə edilmiş bu vəziyyət Quranın başqa bir elmi möcüzəsidir.