Yerin dövr etmə istiqaməti
Sən dağlara baxıb onları donmuş zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)
"Nəml" surəsindəki ayədə Yerin təkcə fırlanması deyil, fırlanma istiqaməti də vurğulanır. 3500-4000 metr hündürlükdə olan bulud topaları qərbdən şərqə hərəkət edir. Hava proqnozu üçün qərbdəki vəziyyətə baxılmasının səbəbi də budur. 19
Bulud topalarının qərbdən şərqə doğru hərəkətinin əsas səbəbi Yerin fırlanma istiqamətidir. Dövrümüzdə məlum olduğu kimi, Yer qərbdən şərqə doğru fırlanır. Elmin yaxın keçmişdə aşkar etdiyi bu elmi həqiqət Quranda əsrlər əvvəl xəbər verilmişdi ki, həmin dövrdə Yerin yastı olduğu, öküzün başı üstündə sabit dayandığı düşünülürdü.