Gözəl Mövzular


Xeyir işlərdə yarışmaq nə deməkdir?


Xeyir işlərdə yarışmaq nə deməkdir?

İnsanlar iman dərəcələrinə görə bir-birlərindən fərqlənirlər. Bəzi insanlar Allah`a heç iman gətirməzlər. Bəzisi isə güclü Allah qorxusundan daima saleh əməllər etməyə və dinə xidmət etməyə çalışır. Həyatının hər anında Allah`ı razı etməyə çalışan bu insanları Allah Quranda belə xəbər vermişdir:

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

Bu insanlar səhərdən axşama qədər daima dinə xidmət etməyə, dinin və möminlərin mənfəəti üçün saleh əməllər işləməyə, bir sözlə, hər an Allah`ı razı edən xeyirli işlər görməyə çalışırlar. Bunun üçün daima düşünməli, dua etməli, Allah`ın ən çox razı olduğu davranışı axtarıb taparaq o cür davranmalı olduqlarını bildilər. Ona görə, daima Allah`a yaxınlaşmaq, Onun ucalığını haqqı ilə təqdir etmək üçün dərindən düşünürlər. Bir an olmaz ki, düşünməsinlər, dünyanın keçici yararına dalıb axirəti unutsunlar. Səmimi iman gətirdikləri üçün həyatlarının hər anını Allah üçün keçirərlər və bu məsələdə qəflətə düşməzlər. Dayanmadan Allah`ı və Onun böyüklüyünü düşünmək Allah qorxularını artırır. Allah`ın Quranda əmr etdiyi kimi, bir işi qurtardıqda dərhal başqa işlə yorulurlar. Bu insanlar yarışıb önə keçənlərdir və Allah onları cənnətlə müjdələmişdir:

(Xeyirxah işlərdə) öndə gedənlər öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. (Vaqiə surəsi, 10-12)