İnsanlar gündəlik söhbətlərdə yaşadıqları sıxıntılara, çətinliklərə, xəstəliklərə geniş yer verirlər. Baş ağrısı, mədə ağrısı, yorğunluq, yuxusuzluq kimi ən adi bir narahatlığı da hər fürsətdə dilə gətirib, bu haqda uzun-uzadı danışırlar. Xroniki və digər daha ağır xəstəliklərdə də vəziyyət bundan heç də fərqlənmir. Həyatının qalan hissəsində zamanın böyük qismini məhz bu xəstəliklər haqqında danışaraq keçirərlər. Bu cür insanlar hər gün onları əhatə edən eyni insanlarla eyni problemlərdən sanki ilk dəfə danışırmış kimi təkrar bəhs etməkdən yorulmazlar.
Halbuki xəstəlikləri tez-tez dilə gətirmək insanların nə özlərinə, nə də qarşılarındakılara hər hansı bir fayda vermir. Bu insanların məqsədi də mövzu iləəlaqədar hər hansı bir məlumat əldə etmək ya da xəstəliyinə bir çarə tapmaq deyil. Bu daha çox cəmiyyətdə adət halını almış bir növ cahiliyyə xarakterindən qaynaqlanan söhbət şəklidir.
İnsanlar ətraflarında da çox rastlaşdıqları bu davranış şəkli ilə xəstəliklərini daha da ətraflı şəkildə və çox vaxt da şişirdərək izah etməyi adi bir söhbət kimi görürlər. Ancaq əslində söz bir məqsəd ya da hikmətlə söylənilməyəndə bu tamamilə boş bir danışıq olur. İnsan özünə və başqalarına heç bir fayda gətirməyən bu cür söhbətə ayıracağı vaxtı daha gözəl söhbətlərə ya da digər daha faydalı fəaliyətlərə ayıra bilər.
Allah Quranda insanlara “boş danışıqlardan çəkinmələrini” bildirmişdir. Əgər izah edilənlər hər iki tərəfə də heç bir fayda verməyəcəksə, xəstəliyi aradan qaldırmayacaqsa bu da bir növ boş danışıq olur.
Eyni zamanda bir insanın acizliyini, sıxıntılarını dilə gətirməsi də heç də etik bir hərəkət sayılmır. Müsəlman güclü əxlaqa sahibdir. Mömin ağrıya, çətinliyə dözümlüdür. Bu da onun imanından qaynaqlanır. Nə qədər çətin vəziyyətdə olursa-olsun bu çətinliklərini dilə gətirən, bunlardan şikayətlənən, deyinən bir üslub istifadə etməyi özünə yaraşdırmaz. Bir çətinlik yaşayanda ya da xəstə olanda bunu sadəcə söhbət mövzusu olsun deyəətrafındakılara danışmaz. Bəzən başqalarının da ibrət alması, üzərində düşünməsi, insanın nə qədər aciz və Allaha nə qədər möhtac olduğunu qavramaları üçün yaşadığı çətinliklərdən bəhs edə bilər. Xəstəliyin Allaha yaxınlaşmağa vəsilə olan çox hikmətli hadisə olduğunu, insanların imtahanları üçün xüsusi olaraq yaradıldığını və Quran əxlaqına əsaslanaraq özünün bütün bu yaşadıqlarını necə dəyərləndirdiyini başqalarına izah edə bilər. Bu cür bir izah Quran əxlaqının bir gərəyidir və insanların da düşünüb imanda dərinləşmələrinə vəsilə ola biləcək çox vacib bir təbliğ metodudur.
İman sahibi olan bir insan bütün bunları danışdığı vaxt Allaha olan təslimiyətini, təvəkkülünü, yaşadıqlarında gördüyü hikmət, xeyir və gözəllikləri ifadə edən üslubunu “vəziyyət ilə də” təbliğ etmiş olar. Çünki, izah edilənlər qədər insanın öz əxlaqı ilə də nümunə olması bəzən insanlara çox təsir edir. Əgər insan bu təbliği edərkən üz ifadəsi ilə, səsi tonu ilə, üslubu ilə (Allahı tənzih edirik) zərər çəkmiş bir insan şəklini alsa, izah etdiklərinin bəlkə də heç bir təsiri olmayacaq. Amma həqiqətən özü də xəstəliyində olan hikmətləri görə bilirsə təbii olaraq bu səmimi qənaəti izahında da əks olunacaq.
Eyni zamanda mömin çarə axtarmaq, kömək istəmək üçün də xəstəliyindən bəhs edər. Fiziki cəhətdən həqiqətən də çətin vəziyyətdə olanda müalicə məqsədi iləətrafındakı insanların özünə dəstək olmasına ehtiyac duyanda da xəstəliyini dilə gətirər. Xəstəliyi haqqında təcrübəsi olan və ya mütəxəssis olan birindən məlumat almaq məqsədi ilə də xəstəliyini ətraflı şəkildə açıqlayar. Amma bütün bunlar məqsədli və hikmətli -Allahın razı olacağı əxlaqa uyğun olaraq- edilən davranışdır.Bunların içində şikayət, deyinmə üslubu ya da boş söhbət məqsədi yoxdur.
Bununla yanaşı bəzən insan ətrafındakı insanlar arasında səhv başa düşülməməsi üçün də xəstəliyindən bəhs edir. Məsələn, şiddətli bir ağrısı varsa və ya fiziki baxımdan gücsüz olduğu bir vəziyyətdədirsə ondan kömək istəyən birinə məcbur qaldığı üçün narahat olduğunu bildirər, lazım olsa mövzunu daha da açıqlayar. Təmbəllik etdiyini, kömək etmək istəmədiyini düşünməmələri üçün bu izahı da yenə Allah rızası üçün edər.
Bunun kimi insanın xəstəliyindən bəhs etməyini vacib edən bir çox vəziyyət də ola bilər. Mömin bunun vacib olub-olmadığını, Quran əxlaqına və müsəlman xarakterinə uyğun olub-olmadığını vicdanı ilə müəyyən edər.
Hər şeyi Allahın yaratdığını, bütün çətinliklərdə minlərlə hikmət olduğunu və müsəlmanın imanının ən vacib əlamətlərindən birinin “təvəkkül” olduğunu bilən bir insan üçün xəstəliklər çox vacib bir imtahan vəsiləsidir. Mömin xəstə olduğu müddət ərzində sözləri ya da rəftarı iləən gözəl əxlaqı göstərməyin axirəti üçün çox gözəl bir qazanc olacağını bildiyi üçün xəstəliyi Quranda xəbər verilən bütün hikmətləri ilə düşünüb tətbiq etməyə çalışır.
Mömin xəstəliyi (Allahı tənzih edirik) bir şikayət olaraq deyil, əksinə Allaha şükür və yaxınlaşma vəsiləsi olaraq görər. Acizliyini qavramağında olan dərinlik, dünya həyatının müvəqqəti olduğunu anlamağındakı qətiyyətlilik, ölümün və axirətin yaxınlığını bilməyindəki açıqlıq imanlı bir insan üçün xəstə olduğu zamanlardaən yüksək həddəçatar. Bu iman dərinliyini əldə etməyin nə qədər vacib olduğunu bilən bir mömin bu dərinliyi zədələyəcək cahil və qafil üslublardan şiddətlə çəkinər.