Sperma ilə yumurtanın görüşməsi
Yumurtanı dölləyən sperma yumurtaya yaxınlaşdıqda yumurtanın ifraz etməyə qərar verdiyi (!) və sperma üçün xüsusi hazırlanmış maye spermanın qoruyucu zirehini əridir. Nəticədə, bu dəfə spermanın ucunda yerləşən və yumurta üçün xüsusi hazırlanmış əridici ferment kisəcikləri üzə çıxır. Sperma yumurtaya çatdıqda bu fermentlər yumurtanın pərdəsini deşərək spermanın içəri girməsini təmin edirlər.
Yumurtanın ətrafını əhatə edən spermalar içəri girmək üçün yarışa başlayırlar. Ancaq yumurtanı, əsasən, bir sperma mayalandırır.
Allah`ın Quranda bu mərhələ ilə bağlı verdiyi məlumatlar çox diqqətçəkəndir. Allah Quranda insanı nütfədən yaratdığını belə bildirir:
Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. (Səcdə surəsi, 8)
Allah`ın ayədə bildirdiyi kimi, yumurtanı spermaları daşıyan maye deyil, içindəki bircə sperma, hətta onun da tərkibində olan xromosomlar mayalayır. Bircə spermanı içəriyə qəbul edən yumurtaya başqa bir spermanın daxil olması mümkün deyil. Bunun səbəbi yumurtanın ətrafındakı elektrik sahəsidir. Yumurtanın ətrafı mənfi yüklüdür və ilk sperma yumurtaya daxil olan kimi bu elektrik yükü potensial elektrikə - müsbətə çevrilir. Beləliklə, kənardakı spermalarla eyni elektrik yükünü daşıyan yumurta bu dəfə onları itələməyə başlayır.
Çünki yəni həm yumurtanın, həm də spermaların elektrik yükləri bir-birinə uyğundur.
Nəticədə, kişinin DNT-si ilə qadının DNT-si birləşir. Artıq ananın bətnində yad, yeni bir hüceyrə (ziqot), yeni bir insanın ilk toxumu var.