Gözəl Mövzular


Sizi məşğul edən əhəmiyyətsiz mövzuları “bir neçə on il sonraya” təxirə salın


Sizi məşğul edən əhəmiyyətsiz mövzuları “bir neçə on il sonraya” təxirə salın

Bəzən insan kiçik mövzuları gərəyindən çox böyüdür. Əhəmiyyətsiz olduğu halda adi bir mövzunu həmin an üçün həyatının ən önəmli mövzusu olaraq görür. Diqqətini bu vəziyyətə cəmlədikcə, o kiçik mövzu gözündə getdikcə daha da böyüməyə və daha çox narahatçılıq verməyə başlayır.

Bu vəziyyətə ciddi əhəmiyyət verilərsə, həqiqətən də bu hal insanın həyatını qismən də olsa, təsir altına ala bilər. Amma başqa bir baxış tərziylə yanaşsaq, bu mövzu gerçək əhəmiyyətli məsələlərin yanında toz dənəsi qədər dəyər daşımadığını görərik.

İnsan bunu bəlkə də içində olduğu həmin vəziyyətdə müəyyən edə bilməz. Amma bu həqiqəti anlamağın belə bir yolu var: Belə anlarda keçmişə dönüb düşünsəniz, bundan on il əvvəl sizi məşğul edən bu cür mövzuların heç birini xatırlamadığınızı görərsiniz. Hətta o qədər geriyə getməyə belə gərək yoxdu. Bundan sadəcə bir il, hətta bir neçə ay, bir neçə həftə əvvələ getdiyinizdə belə, gün ərzində sizi narahat edən, kefinizi pozan, sizi səssizləşdirib içinizə qapanmanıza sbu cürbəb olan, insanlardan uzaqlaşdıran, həyatınıza dərindən təsir edən və təsir etməyə də davam edəcəyini hesab etdiyiniz mövzuların heç birini xatırlamazsınız. Lakin xatırlasanız da vacib deyil. Çünki o zamanlar həyatınıza kökdən təsir etdiyini hesab etdiyiniz o mövzu, artıq sizi heç hüzursuz etmir. Ən çoxu bir neçə saniyə içində bir xatirə kimi ağlınızdan keçib gedər.

Bəs o on il, bir neçə ay və ya bir neçə həftə əvvəlindən əlinizdə geriyə qalan nə olmuşdur? Elə əslində bu sualın cavabı həyatınıza kökdən və dərindən təsir edəcək olan həqiqətdir. Geriyə sadəcə Allah ilə olan yaxınlığınız, Allaha olan sevginiz, sədaqətiniz, bağlılığınız və Allahı razı etmək üçün göstərdiyiniz ixlas, səmimiyyət, saleh əməlləriniz və əzminiz qalmışdır. Əgər on il əvvəl Allahı düşünərək, Allahın sevgisini ümid edərək gözəl əxlaq göstərmisinizsə, kiçik ya da böyük bir sıxıntı ya da çətinliklə qarşılaşdığınızda Allaha sığınıb gözəl əxlaqda qərarlı davranmısınızsa, o gününüz dünyada və axirətdə inşaAllah sizin üçün böyük bir nemətə çevrilmişdir. Və axirətdə də sizə sevinc və nemət gətirəcəkdir.

Elə o on il əvvəli düşündüyünüzdə apaçıq bir şəkildə görünən bu həqiqəti, yaşadığınız an içərisində də unutmamaq çox əhəmiyyətlidir. Əgər bu an içində özünüzə baxdığınız zaman sizi məşğul edən kiçik ya da böyük müxtəlif mövzular varsa, irəlidə də bunların böyük ölçüdə bir əhəmiyyəti olmayacağını unutmayın. İrəlidə bunların bəlkə bir çoxunu xatırlamayacağınızı, bir çoxuna “nə qədər də böyütmüşəm” deyərək gülüb keçəcəyinizi, bir çoxuna da bambaşqa, daha yetkin və daha dərin bir baxışla baxacağınızı və nə qədər əhəmiyyətsiz olduqlarını görəcəyinizi unutmayın.

O halda bu an üçün qarşınıza sizi narahat edən bir mövzu çıxdıqda da, “mən bu mövzunu bir neçə il, ya da 5-10 il sonraya saxlayıram. Bu mövzunu o zaman düşünəcəm” deyərək bir kənara buraxın. O zaman gəldiyində, Allahın iznilə, həqiqətən də o mövzunun bir əhəmiyyəti qalmayacağını görəcəksiniz.

Bütün diqqətinizi Allaha, bütün enerjinizi Allahın razılığını qazanmağa, Quran əxlaqını yaşamağa verin. Kiçik bir şeyin ağlınızı qurcalayıb məşğul etməsinə, sizi, Allahın sevgisini qazandıracaq gözəl işlər görməkdən uzaqlaşdırmasına izn verməyin. Ağlınızı ən açıq, ən müstəqil şəkildə istifadə edə bilməyin, diqqətinizi ən faydalı şəkildə sıxlaşdırmanın tək yolunun –Allahdan başqa heç bir güc olmadığını, bütün dünyanın, bütün hadisələrin və bütün insanların yalnızca Allahın nəzarəti altında olduğunu, Allahın diləməsi xaricində tək bir yarpaq dənəsinin belə düşməyəcəyini bilərək- yaşamaq olduğunu unutmayın.

Allahın razılığı, insanın dünyada ikən ağlına gələ biləcək hər cür kiçik mövzunun üzərindədir. Bir mömin, bütün diqqətini Allaha və Onun istədiyi əxlaqı yaşamağa verməklə mükəlləfdir. Dünyada yaşadığı bütün həyatı qəti olaraq sona çatacaq. Həyatı boyunca yaşadığı bütün hadisələr bir anda yox olub gedəcək. Amma Baqi olan, insanın əsl diqqət verməsi, əsl düşünməsi, bütün sevgisini, diqqətini və cəhdini yönəltməsi lazım olan isə yalnızca Rəbbimizdir. Allah Quranda bu həqiqəti bizə belə bildirmişdir:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)
Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussillət surəsi, 54)