Gözəl Mövzular


Şeytanı özünə dost tutanlar kimlərdir?


Şeytanı özünə dost tutanlar kimlərdir?

Şeytanın ən əsas xüsusiyyəti insanları Allah`ın yolundan döndərməkdir. Ona görə də inkar edən, insanları Allah`ın yolundan uzaqlaşdıran, Allah`a və dinə qarşı çıxan, insanlara Allah`ı, axirəti və dini unutduran hər kəs şeytanın köməkçisi və dostudur. Ancaq bu insanlar etdiklərinə görə dünya və axirətdə ziyana uğrayacaqlar. Allah şeytanın insanları azdırmaq cəhdini və onu dost tutanların sonunu belə xəbər vermişdir:

Allah ona lənət etdi. O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam". Onları hökmən sapdıracaq, xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allah`ın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allah`ı qoyub şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 118-119)