Gözəl Mövzular


Şeytan insanın ən təhlükəli düşmənidir. Ancaq şeytanı təsirsiz hala gətirmək mömin üçün çox asandır


Şeytan insanın ən təhlükəli düşmənidir. Ancaq şeytanı təsirsiz hala gətirmək mömin üçün çox asandır

Bir insana: “Bir yerdə sənə düşmənlik bəsləyən biri var. Sənə zərər verə bilmək üçün etməyəcəyi şey yoxdur. Hər cür hiylə, yalan, oyun və saxtakarlıqda mahirdir. Sənə istədiyi zərəri verənə qədər izini buraxmayacaq”, - deyilsə, reaksiyası necə olar? Sadəcə: “Oldu”, - deyərək mövzu ilə maraqlanmayıb və düşmənə qarşı heç bir tədbir almadan həyatına davam etməsi mümkün ola bilərmi?

Əlbəttə ki, bu sualın cavabı “xeyir”dir. Hər insan belə bir düşməndən xəbərdar olan kimi, bu mövzuya böyük diqqət verər. Düşmənindən gələn zərərə qarşı tədbir görmədən və təhlükəni təsirsiz hala gətirmədən bu mövzunu heç bir şəkildə ağlından çıxarmaz.

Ancaq insanın böyük düşmənlik bəsləyən, insanlardan daha təhlükəli və gözü dönmüş bir düşməni yenə vardır. Bu düşmən şeytandır. O, insanın dünyadaki gəlmiş-keçmiş ən böyük və ən qərarlı düşmənidir. İnsanlardan olan yüzlərlə düşmənlə belə müqayisə edilə bilməyəcək qədər təhlükəli bir varlıqdır. Elə isə insanın hər hansı bir düşməninə belə tədbir aldığı halda, şeytanın düşmənliyinə qarşı maraqlı olmayan və əhəmiyyət verməyən davranış göstərməsi, əlbəttə ki, böyük yanlışlıqdır.

Çünkü şeytanın insan üçün hədəflədiyi bir son vardır. Bu son insanın sonsuz cəhənnəmə girməsidir. Şeytanın bu nəticəni əldə edənə qədər insanın izini buraxması mümkün deyildir. Bu, Allahın Quranda bildirdiyi dəqiq adətullahdır:

Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizinlə açıq-açığına düşməndir.(Bəqərə surəsi, 168)
Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır.(Fatir surəsi, 6)
Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.(Nisa surəsi, 119)

Allah Quranda insanı düşmən bilən şeytana qarşı insanın da şeytanı düşmən bilməsini bildirmişdir. O halda, insan Allahın bu əmrinə tabe olaraq Allah rızası üçün şeytanı təsirsiz hala gətirməsini özü üçün ən lazımlı hədəf kimi görməlidir.

Şeytan insan üçün böyük düşməndir. Ancaq Allah insanın şeytanın şərindən qorunmasını da asan etmişdir. Bunun üçün Quranda insana yol göstərəcək bir çox sirr bildirilmişdir. Bu sirlərdən bir qismi belədir:

Şübhəsiz ki, məxfi danışma iman gətirənləri məyus edib kədərləndirmək üçün olan şeytan əməlindəndir. Halbuki, Allahın izni olmadıqca (şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər! (Mücadilə surəsi, 10)
Şeytanın hiyləsi çox zəifdir. (Nisa surəsi, 76)
Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 100)
Əslində, mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. (İbrahim surəsi, 22)
Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. (Nəhl surəsi, 99)
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir. (Fussilət surəsi, 36)

İnsanın, sadəcə, Allahın Quranda bildirdiyi bu sirləri bilməsi Allahın iznilə ən böyük düşməni olan şeytanı sürətlə və qəti şəkildə təsirsiz hala gətirməsi üçün kifayətdir.

İnsan əgər Allahdan başqa bir güc olmadığını, şeytanın və insanların da gücsüz olduğunu unutmadan yaşayarsa, həmçinin Allaha heç bir şeyi şərik qoşmazsa, şeytan ona necə yaxınlaşsa da, heç bir nəticə ala bilməz, insana heç bir zərər verə bilməz.

İnsan bütün şərtlərdə Allaha təvəkküldə qərarlı olarsa, Allahın hər şeyi bir qədərdə xeyir və hikmətlə yaratdığını və insanların ancaq Allahın qədərində istədiyi şəkildə hərəkət edə bildiklərini unutmazsa, şeytan ona heç bir şəkildə təsir edə bilməz.

İnsan şeytandan bir vəsvəsə gəldiyində Allaha sığınıb Quran ayələri ilə düşünərsə, Allahın iznilə o vəsvəsə ortadan qalxar və şeytan o insana heç bir şəkildə təsir edə bilməz.

İnsan şeytanın heç bir gücü olmayan, yalnız Allahın əmrini yerinə yetirən çox aciz bir varlıq olduğunu unutmazsa, şeytanı müstəqil bir güc olaraq görməzsə və Allaha tabe olarsa, şeytan o insana qarşı bütün gücünü itirər.

İnsan şeytanın hiylələrini, üzərini örtdüyü həqiqətləri, dediyi yalanları, oynadığı oyunları, verdiyi vəsvəsələri Quran ayələri ilə dəyərləndirirsə, bunların çox zəif tələlər olduğunu dərhal görər və şeytan ona yenə heç bir şəkildə təsir edə bilməz.

İnsan şeytana qarşı belə imani şüurla hərəkət etdiyi zaman Allahın iznilə həyatının sonuna qədər şeytanın onun əleyhindəki cəhdləri nəticəsiz qalar.

İnsanın şeytana olan baxışı əsla bu həqiqətlərdən ayrı məntiqdə olmamalıdır. Mömin əsla şeytanı güclü görməməli, onu təsirsiz hala gətirməyi çətin zənn etməməlidir. Allahın şeytanı ancaq inkar edənlər üçün azdırıcı yaratdığını, Allahı sevən, Allahın bəyəndiyi əxlaqı göstərən əsl möminlər üzərində isə şeytanın heç bir gücünün olmadığını əsla unutmamalıdır.

Həqiqət budur ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. (Nəhl surəsi, 99)