İnsan münasibətlərindəki bəzi danışıq üslubları vərdiş halına gəlmişdir. Bu, insanların əksəriyyətinin istifadə etdiyi ortaq dildir. Səhər qalxdığında “sabahın xeyir”, axşam qarşılaşdığında “axşamın xeyir”, gecə yatarkən “gecən xeyrə qalsın, şirin yuxular”, yemək yeyərkən “nuş olsun”, xəstələndiyində “Allah şəfa versin”, işləyərkən “işin avand olsun”, asqırdıqda “sağlam ol” kimi...
Hər bir insan, uşaq yaşlarından etibarən ətrafından gördüyü bu vərdiş halını almış üslubdan düşünmədən istifadə edir. Halbuki insanın bu sözləri söyləyərkən, bu gözəl arzuları reallaşdıracaq olan yeganə gücün Allahın olduğunu unutmamaq lazımdır.
Elə mömin insanın fərqi də burada ortaya çıxır. Mömin atdığı hər addımda, söylədiyi hər sözdə, ağlından keçirdiyi hər bir düşüncədə şüurludur. Həyatı boyunca yaşadığı hər bir hadisənin yalnız Rəbbimizin diləməsi ilə gerçəkləşdiyini əsla unutmur. Bir insana gününü və ya gecəsini gözəl keçirəcək, xəstələndiyində sağlıq və şəfa verəcək, yuxusuna rahatlıq verəcək, yediyi yeməyi ləzzətli və faydalı edəcək və ya etdiyi işi asalıqla nəticələndirəcək olan yalnızca Uca Allahımızdır.
Bununla yanaşı möminin həyatda ən dərin sevgi ilə sevdiyi, ən bağlı, ən sadiq olduğu varlıq Rəbbimizdir. Sevdiyi insanlar, hadisələr bəzən insanın yaddaşından silinə bilər. Amma Allaha olan sevgisi o qədər güclüdür ki, 24 saatın hər anı, hər saniyəsi Rəbbimizin varlığının, gücünün, sevgisinin, dostluğunun, mərhəmətinin, ədalətinin şüurunda olaraq yaşayır. Ağlında Allahın varlığının və hakimiyyətinin olmadığı bir anı belə olmur.
Mömin üçün Allahı zikr etmək, Allahı anmaq, ucaltmaq çox böyük ibadətdir. Eyni zamanda da bu möminin ruhunun ən xoşladığı nemətlərdən biridir. Bu səbəbdən də hər fürsətdə Allahı anmaq, Allahın şanını yüksəltmək, Allahın böyüklüyünü dilə gətirərək Allahı tərifləmək istəyir. İstifadə etdiyi hər bir üslubda Allaha olan sevgisini, bağlılığını, təslimiyyətini dua mahiyyəti ilə istifadə etməyə can atır.
Dolayısı ilə möminin hər halı və davranışı kimi, gündəlik həyatdakı üslubu da digər insanlardan fərqlidir. Mömin hər sözü söyləyərkən, o hadisəni həyata keçirənin mütləq Allah olduğunu qeyd edir. Hər dəfə xoş niyyət dilədikdə, o gözəlliyi Allahdan dilədiyini dilə gətirir. Məsələn, “Sabahın xeyir”, “Axşamın xeyir”, “Gecən xeyrə qalsın”, “Şirin yuxular”, “Nuş olsun”, “Allah şəfa versin”, “İşin avand olsun”, “Sağlam ol” kimi ifadələrin əvəzinə; “Allah gününüzü aydın etsin”, “Allah xeyirli, gözəl axşam versin”, “Allah gözəl gecələr versin”, “Allah şirin yuxular versin”, “Allah nuş etsin”, “Allah xəstəliyinə şəfa versin”, “Allah işində asanlıq yaratsın”, Allah uzun ömür versin” kimi, Allahı anaraq və bu diləkləri yerinə yetirəcək olan Uca Rəbbimizin adını zikr edərək cavab verir.
Bununla yanaşı bəzi insanlar özlərinə, Allahın ismini anaraq bu kimi ifadələrdən istifadə etdikdə də, yenə imanındakı şüurunu göstərən üslubda cavab verir. Məsələn, özünə “Allah xeyirli günlər versin” deyən insana sadəcə, “Sənə də” deyərək cavab vermir. Yenə də mütləq Allahın adını zikr edib Rəbbimizi ucaldır. “Allah sənə də xeyirli günlər versin” deyərək cavab verir. Və ya özünə “Allah rahatlıq versin” deyən möminə,- Allahı tənzih edirik- “Sənə də rahatlıq versin” kimi qarşılıq vermir. “Allah sənə də rahatlıq versin” deyir. Allahı düşünərək də olsa, Allahın adını demədən bu tərzdə ifadədən istifadə etmir. Üslubundakı kiçik çatışmazlığı belə, Allaha qarşı hiss etdiyi sevgisinə, bağlılığına və dostluğuna yaraşdırmır.
Bu möminin gözəl əxlaqından irəli gəlir. Yalnızca Allahın yaratacağını bildiyi hadiədən Allahın adını anmadan bəhs etməyi vicdanı qəbul etmir. Qarşısındakı insanın üslubu necə olursa olsun, onun verəcəyi qarşılıq mütləq Allahın adını anaraq Rəbbimizi ucaltaraq olur.