Gözəl Mövzular


İşıq və qaranlıqlar


İşıq və qaranlıqlar

Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allah`a həmd olsun!.. (Ənam surəsi, 1)

Məlumdur ki, işıq mənbəyi olmadıqda insan ətrafındakıları görə bilmir. Ancaq bizim gördüyümüz işıq, işıq yayan enerjinin çox az hissəsidir. İnsanın görmədiyi, lakin işıq yayan başqa enerji növləri də var: infraqırmızı, ultrabənövşəyi, rentgen şüaları və radiodalğalar. İnsan işığın bu dalğa uzunluqlarını görmür.

Quranda "zülmət" sözünün hər dəfə "zülmətlər" şəklində işlədilməsi bu baxımdan diqqətçəkəndir. Ərəb dilində "zülumat" kimi ifadə edilən "zülmətlər" sözü Quranda 23 ayədə cəm halda işlədilmişdir. Tək halda isə heç işlədilməyib. Quranda zülmət sözünün bu cür istifadə edilməsi bizim gördüyümüz işıq intervalından başqa müxtəlif işıq növləri olduğuna diqqət çəkir.

Buradakı cəm halının səbəbini elm adamları yaxın keçmişdə kəşf ediblər. Dalğa uzunluqları elektromaqnit şüalanma olan enerjinin müxtəlif formalarıdır. Elektromaqnit şüalanmanın bütün formaları kosmosda enerji dalğaları şəklində hərəkət edirlər. Bu, gölün üzərinə atılan daşların əmələ gətirdiyi dalğalara bənzəyir. Göldəki dalğaların ölçüsü necə fərqli olursa, elektromaqnit şüalanmanın da müxtəlif dalğa uzunluqları var.

Kainatdakı ulduzların və digər işıq mənbələrinin hamısı eyni cür işıq yaymır. Bu müxtəlif şüalar dalğa uzunluğuna görə fərqlənirlər. Şüaların yaydığı müxtəlif dalğa uzunluqları isə çox fərqlidir. Ən kiçik dalğa uzunluğuna malik olan qamma şüaları ilə ən böyük dalğa uzunluğu olan radiodalğalar arasında 1025 dəfə fərq var. Günəşin yaydığı şüaların, demək olar ki, hamısı bu 1025 yelpiyin tək bir bölümünə sığdırılmışdır.

Bu rəqəmin böyüklüyünü daha yaxşı qavramaq üçün belə müqayisə edə bilərik: əgər 1025 dəfə saymaq istəsək, gecə-gündüz heç dayanmadan Yerin yaşından 100 milyon dəfə çox müddət boyu saymalı olardıq. Kainatdakı müxtəlif dalğa uzunluqları bu qədər çoxçeşidlidir. Günəşdən yayılan müxtəlif dalğa uzunluqları isə 70%-i 0.3-1.50 mikron arasındakı dar çərçivədədir. Bu intervalda 3 cür işıq var: görünən işıq, yaxın infraqırmızı şüalar və yaxın ultrabənövşəyi şüalar. "Görünən işıq" adlandırılan bu şüaların elektromaqnit yelpiyin 1025-də 1-indən də az intervalında olmasına baxmayaraq, günəş şüalarının cəmi 41%-ni təşkil edir.

Göründüyü kimi, gözlərimizlə gördüyümüz elektromaqnit dalğaları işıq spektrinin çox kiçik hissəsini əmələ gətirir. Digər hissələr isə insan üçün geniş qaranlıqları ifadə edir və bu hüduddan kənarda qalan dalğa uzunluqlarını insan görmür. 58