Subatom zərrəciklər
Yunan filosofu Demokritin məşhur atom nəzəriyyəsindən sonra insanlar maddənin atom adlanan çox kiçik, parçalanmayan və məhv edilə bilməyən zərrəciklərdən təşkil olunduğuna inanırdılar. Ancaq elm və texnologiyadakı irəliləyişlər bu məlumatları təkzib etdi. Dövrümüzdə müasir elm maddənin ən kiçik vahidi hesab edilən atomun da zərrəciklərə bölündüyünü aşkar etmişdir. Hələ keçən əsrdə üzə çıxan bu həqiqət Quranda 1400 il əvvəl insanlara xəbər verilmişdir:
... Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın". (Səba surəsi, 3)
Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın kitabda olmasın. (Yunis surəsi, 61)
Diqqət etsək, görərik ki, yuxarıdakı ayələrdə zərrədən və ondan daha kiçik hissələrdən bəhs edilir. Ərəb dilindəki "zərrə" sözü "ən kiçik zərrəcik, toz, atom" mənalarını verir.
20 il əvvəl atomları təşkil edən ən kiçik hissəciklər protonlar və neytronlar hesab edilirdi. Ancaq yaxın tarixdə atomun bu zərrəciklərini təşkil edən daha kiçik zərrəciklərin olduğu kəşf edildi. Atomun içindəki "subatom zərrəciklər" və onların özünəməxsus hərəkətlərini tədqiq etmək üçün "kvant fizikası" adlı fizika sahəsi meydana gəldi. Kvant fizikasının apardığı tədqiqatlar bu həqiqəti üzə çıxardı: atomu təşkil edən proton və neytronlar da "kvark" adlandırılan subatom zərrəciklərdən ibarətdirlər. İnsan ağlının qavrayış hüdudlarını aşacaq qədər kiçik protonu təşkil edən kvarkların ölçüsü isə heyrətamizdir: 10-18 (0,000000000000000001) metr. 53
Bu mövzu ilə bağlı diqqətçəkən digər cəhət isə zərrə ilə bağlı bu ayələrdə xüsusilə ağırlığa diqqət çəkilməsidir. Ayədə işlədilmiş "misqalə zərrətin" (zərrə qədər, zərrə ağırlığında) ifadəsindəki "misqal" sözü "ağırlıq" deməkdir. Belə ki, atomun tərkib hissəsi olan proton, neytron və elektron kimi zərrəciklərin həm də atomun kütləsini təşkil edən birləşmələr olduğu kəşf edilmişdir. Bu baxımdan, zərrənin ölçülərinə və ya başqa xüsusiyyətinə deyil, ağırlığına diqqət çəkilməsi Quranın başqa bir elmi möcüzəsidir (ətraflı məlumat üçün bax: Harun Yahya, "Atom mucizesi", Araştırma Yayıncılık)