Gözəl Mövzular


Altı gündə yaradılış


Altı gündə yaradılış

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allah`dır... (Əraf surəsi, 54)

Quran ilə müasir elm arasındakı uyğunluğa dair bir nümunə də kainatın yaşıdır. Kosmoloqlar kainatın yaşını 16-17 milyard il hesablayırlar. Quranda isə bütün kainatın 6 gündə yaradıldığı açıqlanır. İlk baxışda fərqli görünən bu zaman kəsikləri arasında, əslində, çox təəccüblü uyğunluq var. Kainatın yaşı ilə bağlı bizə məlum olan bu rəqəmlərin hər ikisi doğrudur. Yəni kainat Quranda bildirildiyi kimi, 6 gündə yaradılmışdır və bu müddət bizim zaman anlayışımızla 16-17 milyard ilə uyğun gəlir.

1915-ci ildə Eynşteyn zamanın nisbi olduğunu, məkandan, hərəkət edən şəxsin sürətindən və o andakı yerin cazibə qüvvəsindən asılı olaraq zamanın axma əmsalının dəyişdiyini irəli sürmüşdür.

Zamanın axma əmsalındakı bu fərqləri nəzərə aldıqda Quranda 7 müxtəlif ayədə xəbər verilən kainatın yaradılış müddətinin elm adamlarının təxminləri ilə uyğun olduğu məlum olur. Quranda bildirilən 6 günlük müddəti 6 dövr kimi qəbul edə bilərik. Çünki zaman nisbi olduğuna görə, "gün" indiki dövrdə Yerdəki 24 saatlıq zaman kəsiyini ifadə edir. Ancaq kainatın başqa yerində başqa zamanda və başqa şərtlər daxilində "gün" daha uzun zaman kəsiyidir. Belə ki, bu ayələrdə işlədilən (Səcdə surəsi, 4; Yunus surəsi, 3; Hud surəsi, 7; Furqan surəsi, 59; Hədid surəsi, 4; Qaf surəsi, 38; Əraf surəsi, 54) 6 gün (sittəti əyyamin) ifadəsindəki "əyyamin" sözü "günlər" mənası ilə yanaşı, "çağ, dövr, an, müddət" mənalarını da verir.

Kainatın ilk dövrlərində zaman bugünkündən daha sürətlə keçmişdir. Səbəb budur: Big Bang anında kainat çox kiçik nöqtənin içinə sığdırılmışdı. Bu böyük partlayış anından etibarən kainatın genişlənməsi və həcminin böyüməsi kainatın hüdudlarını milyardlarla işıq ili genişləndirdi. Belə ki, Big Bang-dən bəri kosmosun genişlənməsinin kainat saatına böyük təsirləri oldu.

Big Bang anındakı enerji universal zamanın axma sürətini 1012 dəfə yavaşlatmışdır. Kainat yaradıldıqda universal zamanın axma əmsalı, dövrümüzdəki zaman anlayışı ilə, milyon dəfə milyon qat böyük idi, yəni zaman daha sürətlə keçirdi. Ona görə, biz Yerdə milyon dəfə milyon dəqiqə keçdikdə kainatda sadəcə bir dəqiqə keçmiş olur.

Zamanın nisbiliyi nəzərə alınaraq hesablandıqda 6 günlük zaman kəsiyi 6 milyon dəfə milyon (trilyon) gün edir. Çünki universal saat Yerdəki saatdan milyon dəfə milyon qat sürətlə axır. 6 trilyon gün təxminən 16427 milyarda uyğun gəlir. Bu rəqəm dövrümüzdə kainatın təxmin edilən yaşıdır.

6.000.000.000.000 gün / 365.25 = 16.427.104.723 il

Digər tərəfdən, yaradılışın 6 gününün hər biri bizim zaman anlayışımızla bir-birlərindən fərqli zamanlara uyğun gəlir. Bunun səbəbi zamanın axma əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olaraq azalmasıdır. Big Bang-dən etibarən kainatın böyüklüyü 2 dəfə artdıqca zamanın axma əmsalı yarım dəfə azalmışdır. Kainat böyüdükcə kainatın böyümə sürəti də getdikcə artan şəkildə yavaşlamışdır. Bu genişlənmə sürəti "Fiziki kosmologiyanın əsasları" adlı dərsliklərdə izah edilən, dünyanın hər yerində məlum olan bir həqiqətdir. Yaradılışın hər gününü Yerdəki zamanla hesabladıqda qarşımıza aşağıdakı ədədlər çıxır:

• Zamanın başladığı andan etibarən yaradılışın 1-ci günü (1-ci dövr) 24 saat davam etmişdir. Ancaq bu müddət Yerdəki zamanla 8 milyard ilə bərabərdir.

• Yaradılışın 2-ci günü (2-ci dövr) 24 saat davam etmişdir. Bizim zamanla bu, əvvəlki günün yarısı qədərdir, yəni 4 milyard ildir.

• 3-cü gün (3-cü dövr) isə əvvəlki günün, yəni 2-ci günün yarısı qədər – 2 milyard il davam etmişdir.

• 4-cü gün (4-cü dövr) 1 milyard il,

• 5-ci gün (5-ci dövr) 500 milyon il,

• 6-cı gün (6-cı dövr) 250 milyon il davam etmişdir.

• Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrü Yerdəki zamana uyğun hesablanıb toplandıqda 15 milyard 750 milyon il edir. Bu rəqəm dövrümüzdəki təxminlərlə paralellik təşkil edir.

Bu nəticə XXI əsrdə elmin ortaya qoyduğu faktlardır. Elm 1400 il əvvəl Quranda xəbər verilmiş həqiqəti təsdiq edir. Quran və elm arasındakı bu uyğunluq Quranın hər şeyi bilən və yaradan Allah`ın vəhyi olduğunun dəlilidir.