Gözəl Mövzular


Yerin təbəqələri


Yerin təbəqələri

Quranda yer haqqında verilən məlumatlardan biri yeddi təbəqədən ibarət göyə bənzərliyidir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Yuxarıdakı ayədə diqqət çəkilən bu məlumat elmi mənbələrdə verilir və Yerin yeddi təbəqədən ibarət olduğu açıqlanır. Elm adamları bu təbəqələri aşağıdakı kimi sıralayırlar:

• Litosfer (su)
• Litosfer (quru)
• Astenosfer
• Üst mantiya
• Alt mantiya
• Xarici nüvə
• Daxili nüvə


Litosfer yunan dilində "qaya" mənasını verən lithos sözündəndir və Yerin ən üst təbəqəsini təşkil edən bərk qaya təbəqəsidir. Digər təbəqələrlə müqayisədə çox nazikdir. Litosfer okeanların altında və aktiv vulkanik ərazilərdə daha nazikdir. Yer üzündə bu təbəqənin orta qalınlığı 80 km-dir. Digər təbəqələrə nisbətən daha soyuq və bərkdir, ona görə, yer qabığı vəzifəsini yerinə yetirir.

Litosferin altında astenosfer təbəqəsi yerləşir. Astenosfer yunanca asthenes (zəif) sözündəndir. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir və hərəkətlidir. Bu təbəqə geoloji zamanla yüksək temperatur və təzyiqə məruz qaldıqda yumşalıb əriyən, isti, yarı-bərk maddələrdən təşkil olunmuşdur. Bərk litosfer təbəqəsinin yavaş hərəkət edən astenosfer üzərində üzdüyü və ya hərəkət etdiyi düşünülür. 24 Bu təbəqələrin altında yüksək temperaturda yarıbərk qayalardan ibarət təxminən 2900 km qalınlığında mantiya təbəqəsi yerləşir. Litosferdən daha artıq dəmir, maqnezium və kalsiumdan təşkil olunmuş mantiya daha isti və sıxdır, çünki Yerin daxilindəki temperatur və təzyiq dərinliyə getdikcə artır.

Yerin mərkəzində mantiyadan iki dəfə sıx olan nüvə yerləşir. Bu sıxlığın səbəbi içində qayalardan çox metalların (dəmir-nikel tərkibi) olmasıdır. Yerin nüvəsi isə iki hissədən ibarətdir: 2200 km qalınlığında maye halında olan xarici nüvə və 1250 km qalınlığındakı bərk halda olan daxili nüvə. Yer fırlandıqca maye xarici nüvə Yerin maqnetik sahəsini əmələ gətirir.

Ancaq XX əsrdəki texnologiya ilə aşkar edilmiş Yerin təbəqələrinin atmosferin təbəqələri ilə bənzərliyinin Quranda bildirilməsi, şübhəsiz, Quranın elmi möcüzələrindən biridir.