Qurandakı qissələrin əhəmiyyəti
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Allah "Yusif"surəsindəki bu ayə ilə Qurandakı qissələrdə ibrətlər olduğunu bildirir. Bu qissələrdə danışılan hadisələr möminlərə bir çox cəhətdən örnək təşkil edir. Keçmişdə yaşayanların səhvlərini təkrar etməmək, peyğəmbərlərin və möminlərin müəyyən vəziyyətlərdə necə davrandığını və necə müvəffəqiyyət əldə etdiyini görərək onları nümunə götürmək, onların üstün əxlaqını mənimsəmək, keçmişdəki hadisələri və nəticələrini nəzərə alaraq dövrümüzdəki hadisələri dəyərləndirmək baxımından bu qissələr möminlər üçün böyük əhəmiyyət daşıyır.