Gözəl Mövzular


Quranda istehza etmək haqqında nələr bildirilir?


Quranda istehza etmək haqqında nələr bildirilir?

İstehza etmək Allah`ın əsla bəyənmədiyi çirkin davranışdır. Dinsiz cəmiyyətdə insanlar bir çox şeylərə istehza edirlər. İnsanların çatışmayan cəhətləri və ya nöqsanlarına istehza etmək, onlara pis ləqəblər qoymaq buna misaldır. Allah bu çirkin əxlaqi xüsusiyyətə qarşı insanları belə xəbərdar edir:

(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)

Allah`ın Quranda diqqət çəkdiyi digər istehza forması isə inkarçıların inananları ələ salmasıdır. Qəflətdə olan, iman gətirənlərin doğru yolda olduğunu qavramayan bu insanlar özlərini inananlardan üstün görərək onlara istehza edirlər:

Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə gülürdülər. (Möminlərin) Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər. (Mutaffifin surəsi, 29-30)

Allah bu insanların nə qədər yanıldığını və onların sonunun nə qədər pis olduğunu belə bildirmişdir:

Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar. Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Mutaffifin surəsi, 34-36)

Bundan əlavə, Allah Quranda dinə, Allah`ın ayələrinə istehza edənlərdən bəhs edir. Bu insanların Allah`dan gələn hər xəbərdarlığı, onları qorxutmaq üçün göndərilən elçiləri təkzib etdiklərini bildirir. Şübhəsiz, bu insanlar Allah`ın böyüklüyünü, gücünü haqqı ilə təqdir etməyən, axirətdə sorğu-sual olunacaqlarını nəzərə almayan şəxslərdir. Ancaq bu insanlar axirətdə çox təəccüblənəcək və dünyada etdikləri çirkin istehzanın əvəzində əbədi əzabla qarşılaşacaqlar. Quranda bu həqiqət açıq şəkildə bildirilmişdir:

Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz onlar üçün bir daş-tərəzi qurmayacağıq! Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası – cəhənnəm! (Kəhf surəsi, 105-106)

Bir kəs: "Allah`a itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!" – deməsin. (Zumər surəsi, 56)