Quranda israf etmək
Allah israfı qullarına haram etmiş və xərcləyərkən hansı ölçüdə xərcləmək lazım olduğunu belə bildirmişdir:
Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. (Furqan surəsi, 67)
Müsəlmanlar əllərindəki hər şeyi Allah yolunda, Allah`ın razılığını qazanmaq üçün sərf edərlər. Əllərindəki hər şeyin onlara Allah`ın verdiyi nemət olduğunu, bunların heç birinin əsl sahibi olmadıqlarını unutmazlar. Fədakarlıq tələb olunduqda da bütün mal-dövlətlərini Quranın əmr etdiyi şəkildə xərcləyər, lazımsız şeylər üçün bircə qəpiyi belə israf etməkdən çəkinərlər. Allah Quranda möminlərə ehtiyacı olanlara mallarından vermələrini, ancaq israfçılığa yol verməməyi əmr etmişdir:
Qohum-əqrəbaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda, sağa-sola da səpələmə! Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. (İsra surəsi, 26-27)
İsraf etmək nemətlərdən uzaq durmaq deyil. Allah Quranda "... Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf surəsi, 31) ayəsi ilə bildirdiyi kimi, inananların nemətlərdən faydalanmasını əmr etmiş, lakin bunları israf etməyi qadağan etmişdir. Lakin dindən uzaq yaşayan cəmiyyətdə israf məsələsinə o qədər əhəmiyyət verilmir. Kafelərdə, evlərdə çox miqdarda yemək, kilolarla çörək, meyvə, tərəvəz atılır. Halbuki, Allah az və ya çox, hər cür israfı haram etmişdir. Ona görə, insanlar düşüncəsizliklə: "Bu xarab oldu; bunları istifadə edə bilmərik", - deyərək əllərindəkini atmamalı, bütün nemətləri xarab olmadan dəyərləndirməlidirlər. Ancaq bu şəkildə nemətin haqqını vermiş olarlar, əks təqdirdə, bərəkətsizlik və Allah`a qarşı nankorluq etmiş olarlar.