Gözəl Mövzular


Quran əxlaqında həsədin yeri


Quran əxlaqında həsədin yeri

Həsəd Quranda qınanan davranışdır. Allah sınamaq məqsədilə insanların nəfsini həsədə meyilli yaratdığını, lakin möminlərin bundan çəkinmələrini Quranda bildirmişdir:

… Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz, şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)

Bəzi insanlardan qısqanc olub-olmadığını soruşduqda ya "bəli" cavabını verir, yaxud da bir az qısqanc olduğunu deyirlər. Ancaq bu cavabın ardında gizlənən mənanı hərtərəfli düşünmürlər. Halbuki, qısqanclıq insanın başqa birinin özündən hər hansı cəhəti ilə üstün olduğunu qəbul etməməsinin nəticəsi kimi üzə çıxır. Bu isə insanı Allah`a qarşı təkəbbür göstərməyə qədər apara bilər. Çünki insanlara sahib olduqları bütün xüsusiyyətləri Allah bəxş etmişdir. İstədiyinə istədiyini verir və bunun qarşısını kimsə ala bilməz.

Bundan əlavə, Quranda şeytanın həsəd apardığı üçün hz. Adəmə səcdə etməyərək Allah`a üsyan etməsindən bəhs edilir. Özünü hz. Adəmdən daha üstün gördüyü bildirilir. Bu təqdirdə, qarşımıza mühüm həqiqət çıxır: həsəd, qısqanclıq şeytana aid xüsusiyyətdir və Allah`dan qorxan insan bundan çəkinməlidir.

Allah Quranda möminlərə həsəd aparan insanların əlindən çıxan pisliklərdən qorunmaq üçün Ona sığınmalarını söyləyir:

De: "Pənah aparıram sübhün Rəbbinə! (Fələq surəsi, 1)

Və bir də paxıllığı tutanda paxılın şərindən! (Fələq surəsi, 2)