Gözəl Mövzular


Öyüdə ən gözəl cavab necə verilər?


Öyüdə ən gözəl cavab necə verilər?

Allah Quranda "Aralarında hökm vermək üçün Allah`ın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!" (Nur surəsi, 51) ayəsi ilə möminlərin öyüd-nəsihəti necə qarşılaması bildirilir. Allah`dan və Allah`ın elçilərindən gələn öyüdü eşidərək dərhal əməl edənləri Allah cənnətlə müjdələyir. Bundan əlavə, Allah başqa bir ayəsində möminlər haqqında: "O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allah`ın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 18)"- söyləyir. Bu ayəyə əsasən, möminlər Allah`a inananların verdiyi bütün öyüdləri dinləyir, onlara daima yaxşılığı əmr etdiyini və pis işlərdən çəkindirdiyini unutmur və hər sözünü səmimi şəkildə yerinə yetirirlər.