Gözəl Mövzular


Nəfsini müdafiə etməmək


Nəfsini müdafiə etməmək

Nəfs insana pisliyi əmr edir. Nəfsin bu xüsusiyyəti "Şəms" surəsində belə bildirilir:

And olsun nəfsə və onu yaradana; sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! (Şəms surəsi, 7-9)

Nəfsin pisliyi əmr etdiyini açıqlayan ayələrdən biri də hz. Yusiflə bağlıdır. Hz. Yusif heç bir günahı olmadığı halda, böhtana məruz qaldıqdan sonra belə demişdir:

Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir! (Yusif surəsi, 53)

Hz. Yusifin də bildirdiyi kimi, nəfs həmişə pisliyi əmr edir. Ona görə, insan hər hansı hadisə ilə qarşılaşdıqda dərhal nəfsini müdafiə etməməli, haqlı olduğunu sübut etməyə çalışmamalıdır. Çünki bir anlıq boş qalmaqla nəfsinə tabe ola bilər. Belə vəziyyətdə, əvvəlcə düşünməlidir. İnsan səmimi düşündükdə haqlı olduğunu hesab etdiyi bir çox məsələdə, əslində, səhv davrandığını anlayar. Bunu dərk etmək isə mömin üçün böyük qazancdır. Çünki səhvi olduğunu qəbul edən bir insan onu düzəldərək, Allah`ın onu bağışlamasını ümid etmək üçün ilk addımı atmış olur. Əks təqdirdə, özünü daima haqlı çıxarmağa, heç bir səhvini qəbul etməməyə çalışan birisi istədiyi qədər özünü insanların gözündə haqlı çıxarsa da, Allah həqiqəti bilir. Bu həqiqət axirətdə qarşısına çıxacaq.

İnsanın nəfsini daima müdafiə etməkdənsə, nəfsini qınayaraq daima onun qüsurlarını üzə çıxarması və bunları aradan qaldırmaq üçün Allah`a üz tutması Allah dərgahında gözəl qarşılığı olan davranışdır.