Gözəl Mövzular


“Necə olsa yoluna qoyaram” deyə düşünüb yanlış cəsarət göstərməyin…


“Necə olsa yoluna qoyaram” deyə düşünüb yanlış cəsarət göstərməyin…

Adətən, insanlar vacib gördükləri hadisələrə və dəyər verdikləri insanlara qarşı çox həsas olurlar. Bu mövzuda ən cuzi bir xəta belə etməməyə çalışırlar. Hər şeyin ən mükəmməl şəkildə baş verməsi üçün əllərindən gələn hər şeyi edirlər. Dəyər verdikləri bir insanın üzəridə əsirlər, onun saçının bir telinə belə zərər gəlməməsi üçün ciddi səy göstərirlər. Hər bir hadisədə bu insanları qoruyub müdafiə edir, maddi və mənəvi cəhətdən arxa durur, daim onları xoşbəxt etməyin yollarını axtararlar.

Əlbəttə ki, Allah sevgisinə və Allah rizasına əsaslanan belə bir sevgi və sədaqət nümunəsi son dərəcə gözəl bir nemətdir. Bu səbəbdən də belə bir sevgi anlayışı şeytanın heç sevmədiyi bir əxlaq növüdür.

Şeytanın belə əxlaqa malik olan insanlara təsir etməsi çox çətindir. Buna görə də, dolayı və hiyləgər yollarla onları aldatmağa çalışır. Onun məqsədi bu tərzdəki “dərin sevgi” anlayışına malik olan insanlar arasındakı sevgini zədələməyə çalışmaqdır. Allah Quranda şeytanın “insanlar arasında fitnə-fəsad yaratmaq üçün cəhd göstərəcəyini” belə bildirmişdir.

Qullarıma sözün ən gözəl olanını söyləmələrini bildir. Çünki şeytan onların aralarına fitnə-fəsad salır. Şübhəsiz, şeytan insanın açıq-aşkar düşmənidır. (İsra Surəsi, 53)

İnsanlar bəzən şeytanın vəsvəsəsi ilə çox dəyər verdiyi və Allah rizası üçün üzəridə titrədiyi, çox ehtiyatla sevdiyi insanlara qarşı belə səhv münasibət göstərə bilər. Əlbəttə, insan çox vaxt, istəmədən belə olsa, sevdiklərinə qarşı səhv edə bilərlər. Ancaq bunları ya ehtiyatsızlıqdan, ya lazımınca düşünməməkdən, yaxud da nəticəni doğru qiymətləndirmədiyindən edər. Şeytanın istədiyi isə bu deyildir. Şeytan “ müsəlmanlar arasına fitnə-fəsad salaraq münasibətləri korlamağı” hədəfləyir. İnsanı Quran əxlaqından və Quran məntiqi ilə düşünməkdən uzaqlaşmasını və bunun nəticəsində səmimi sevginin zədələnməsini istəyir. Şeytan insanı belə bir rəftar pozuqluluğuna sürükləmək üçün insana “necə olsa da yoluna qoyaram” məntiqini təlqin edər.

Dərin sevginin şərtlərini yaxşı bilən bir insan əslində həqiqi sevgidə belə bir məntiqə yer olmadığını bilir. İnsanın istər bir dəfə, istərsə də çox qısa bir zaman üçün olsa belə nə fiziki, nə də mənəvi bir mövzuda “sevdiyinə qıymamasının” lazım olduğunu bilir. Əks halda, sevdiyi insanı və ona qarşı hiss etdiyi duyğularını gözdən salacağını və məhv edəcəyini bilir. “Necə olsa yoluna qoyaram” düşüncəsi ilə hərəkət edən bir insanın həqiqi mənada “sevgi hissindən” və “sevməyi bacardığından” danışmaq mümkün deyildir. Həqiqi sevgidə heç bir səbəbsiz insanın sevdiyinə qarşı belə məntiqlə yaxınlaşmayacağını bilir. Sevgidə hər şeydən əvvəl həssaslıq və diqqət göstərdiyi halda, “necə olsa yoluna qoyaram” məntiqi ilə göstərəcəyi münasibət etdiyi bütün gözəllikləri kökündən məhv edə bilər.

Ancaq bu həqiqətləri bilməklərinə baxmayaraq yenə də şeytan insanları belə səhv bir əxlaq göstərməyə təşviq edər. O an üçün insanın nəfsinin səsinə qulaq asmasında bir problem olmayacağını və istədiyi anda o xətanı bərpa edəcəyini təlqin edər. Əlbəttə, insanın ölənə qədər hər bir səhvini bərpa etməsi üçün mütləq bir imkanı olacaq. Ancaq belə bir imkanının olması insanın bilə-bilə səhv hərəkət etməsi üçün bəhanə olmamalıdır. İnsan istəmədən etdiyi səhvi düzəltmək üçün əlindən gələni edər və Allah istərsə, həqiqətən də bunu bacarar. İnsan istəmədən deyil, tam əksinə, belə bir imkanın arxasında gizlənib bilə-bilə səhv hərəkət etməsi başqa bir vəziyyətdir.

Hər şeydən əvvəl bu, Allahın rizasına və dinə uyğun münasibət deyildir. Allahı sevən bir insan Allahın bəyənmədiyi münasibətdən necə olursa olsun, çəkinər. Allahın razı olmayacağı bir münasibət üçün heç vaxt “necə olsa yoluna qoyaram” deyə düşünüb bunu etməyə cəsarət göstərməz. Allah qorxusu onu belə bir yanlış cəsarətdən çəkindirər.

İkincisi, insan bir an sonra yaşayıb-yaşamayacağından əmin deyildir. Hər an ölə biləcəyini bilən və axirətə inanan bir insan da, qətiyyən “sonra bərpa edərəm” məntiqinə güvənib səhv bir hərəkət etməz. Öldüyü təqdirdə Allaha bunun hesabını verə bilməyəcəyi, Quran əxlaqına uyğun olmadığını bildiyi və nəticədə də sonsuza qədər peşmançılıq çəkməsinə səbəb olacaq bir davranış içində olmaqdan çəkinər.

Eyni şəkildə insanın səhv münasibət bəslədiyi adam da hər an ölə bilər. Bu baxımdan insanın əlində öz xətasını qəti olaraq bərpa etmək şansı olduğuna dair heç bir zəmanəti yoxdur. Əlbəttə, hər bir hadisədə xeyir vardır. Əgər o insan ölsə belə, yanlışı olan insan Allaha qarşı peşmançılığını yenə də ifadə edə bilər. Ancaq mömin insan bu ehtimalı düşünərək belə bir davranış pozuqluğu göstərməkdən çəkinər.

Həmçinin, insanın bərpa edəcəyinin asan olduğunu zənn etdiyi bəzi halların düzəlməsi elə də asan olmaya bilər Allah qədərində bir imtahan olaraq insanın daha çox cəhd edəcəyi lazım olan bir vəziyyət də yarada bilər.

Bəzən də bərpa etmək insanın düşündüyündən daha çox vaxt ala bilər. Sadəcə bir gözəl söz, ya da tək bir gözəl münasibət edilən səhvlərin tam olaraq bərpa edilməsi üçün kifayət olmaya bilər. Bir insanın etibarını, sevgisini, hörmətini qazanmaq bəzən uzun zaman səylə davam etdirilən gözəl əxlaq nəticəsində mümkün olur. Çünki, göstərilən bu yanlış cəsarətin təkrarlanmayacağına dair qəti söz vermək lazımdır. Həmin insan Allahdan qorxduğuna və Quran əxlaqına uyğun olmayan münasibətdən qətiyyətlə çəkilməsilə müsəlmanların yenidən etibarını qazanmalıdır. Bəzən nəfsin ani üsynalarına uyub buraxılan səhvin düzəldilməsi üçün həftələr, hətta aylar lazım ola bilər. Beləliklə, Allahdan qorxan insan üçün bir neçə dəqiqəlik nəfsani istəyə görə belə bir nemət itkisini nəzərə almalıdır.

Allah Quranda müsəlmanlarda etibar yaradacaq münasibətin “daim göstərilən gözəl əxlaq” olduğunu bildirmişdir. Çünki bu, səmimi imanın əlamətidir. Allahdan qorxan insanın bəzən səmimi, bəzən də pis əxlaq göstərməsi mümkün deyildir. Çünki, bunlardan biri Allah qorxusunun, digəri də Allahdan qorxmamasının əlamətidir. Bir insan eyni zamanda bu iki duyğunu daşıya bilməz. Əgər bir insanın həyatında Allahdan qormadığı ilə bağlı nəsə varsa, o zaman imanı da şühbəli hala gələr. (Doğrusunu Allah bilir).

Buna görə səmimi olaraq iman edən bir insan belə şübhənin altına girməməlidir. Həqiqətən, Allaha ürəkdən iman etmişsə, həyatının hər bir anında bu imanını və səmimiyyətini lazımı kimi yaşamalıdır. “Necə olsa yoluna qoyaram” deyərək tamamilə yanlış olan bir hərəkəti bilə-bilə etməməlidir. Bunun dünyada da, axirətdə də böyük peşmançılıq gətirəcəyini unutmamalıdır. Həyatının hər bir saniyəsində “Allahın ən razı qalacağı davranışları göstərməyi özünə məqsəd etməlidir”. Nəfsi ona nə qədər vəsvəsələr verirsə-versin, şeytan əməllərini nə qədər cəlbedici göstərirsə göstərsin, əlsa Quran əxlaqından əl çəkməməlidir.

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır. (Məryəm surəsi, 76)