Gözəl Mövzular


Nail olmaq istədiyiniz hər şeyə görə əlinizdən gəldiyindən artığını edirsiniz?


Nail olmaq istədiyiniz hər şeyə görə əlinizdən gəldiyindən artığını edirsiniz?

İnsan yaradılışında olan ən əsas xüsusiyyətlərdən biri “istəmək”dir. Allah, insanın ruhuna gözəlliklərə, nemətlərə qarşı, həyatının sonuna qədər bitməyəcək istəklər vermişdir. Dolayısı ilə dünyada, özünə nemət verilməsindən, yaxşılıq edilməsindən, gözəlliklərin bəxş edilməsindən həzz almayan insan yoxdur.

Ancaq insanların böyük əksəriyyəti bu istəklərinə, əmək sərf etmədən, özlərini çətinliyə salmadan nail olmaq istəyirlər. Dünyanın ən gözəl nemətləri, daima qarşılıqsız olaraq önlərinə gəlsin; insanlar özlərinə qarşı ən gözəl əxlaqı göstərsin; sıxıntı, çətinlik, yoxluq onlara heç təsir etməsin; hər işləri ola biləcək ən asan şəkildə həll olunsun; həyatları hemişə arzuladıqları kimi keçsin; xəstəliklər, çətinliklər, acizliklər, səbr etməyi, əmək sərrf etməyi, iradə nümayiş etdirməyin lazım olduğu hadisələr həmişə onlardan uzaq olsun istəyirlər...

Halbuki Allah insanın ruhunda yaxşılıqlara, gözəlliklərə və nemətlərə qarşı meyl yaradarkən, insanın bu nəticəni əldə etməsi üçün “əmək sərf etməsini” də istəmişdir. Allah, ancaq həyatını ağıllarından istifadə edərək, yaxşılığa, xeyir işlərə nail olmaq üçün keçirən qulları üçün cənnəti müjdələmişdir. Quranda, yaxşılığa, xeyirli işlər görmək üçün çalışan insanlara göstərməyi hökmlü olduqları bu “ömrü boyu, fasiləsiz olaraq göstəriləcək səy”in vacib olduğu xatırladılmışdır:

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Bunlar dünya və axirət həyatında gözəlliklərin olmasını istəyən hər insanın əsla unutmaması lazım olan qəti həqiqətdir. Möminin mükəlləf olduğu, həyatının sonuna kimi Allah rizası üçün əmək sərf etmək, səy göstərmək, xeyir işlərdə yarışmaq və bu yolda yorulmaqdır:

Sözsüz ki, çətinliklə bərabər asanlıq da vardır. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut! (Şərh surəsi, 5-8)


Bir şeyi istəmək, amma bu yolda əmək sərf etmədən gözləmək, möminə xas olan xüsusiyyət deyil. Məsələn, əgər İslam əxlaqının dünyaya hakim olmasını istəyiriksə, bunun üçün çalışmaq lazımdır. İnsanlar arasında xeyirxahlığın yayılmasını istəyirsə, yaxşılığı ən gözəl şəkildə yaşayıb hər kəsə örnək olmalıdır. Oturduğu yerin səliqəli olmasını istəyirsə, təmizliklə məşqul olmalıdır. Dostluğu, hörməti, sevgini yaşamaq istəyirsə, əxlaqını, seviləcək, hörmət görəcək, dost olunacaq bir hala gətirməlidir. Başqalarından gözəl əxlaq görmək istəyirsə, hərəkətləri ilə, sözləri ilə gözəl əxlaqın bütün incəliklərini insanlara öyrədə biləcək və onları təşviq edəcək əxlaq göstərməlidir.

Ancaq bəzən də insan əlindən gələndən çox səy göstərir. Amma dünya həyatındakı imtahan səbəbi ilə, hər istədiyini əldə etmir. Fəqət Allah qullarına, şərtlər nə olursa olsun, hər vəziyyətdə yenə “ümid içərisində dua etmələrini” bildirmişdir:

“Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır”. (Əraf surəsi, 56)
“...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusuf surəsi, 87)

Dolayısı ilə inanan insan, istədiyi bir şey həyata keçməsə də, Allaha olan inamından və Allahın sonsuz gücünü bilməsindən dolayı həyatının sonuna qədər bu yöndə dua etməyə və səy göstərməyə davam edir. İstədiyi gerçəkləşməsə də, Allahın bunda xeyir və hikmətlər yaratdığını; özü üçün ən gözəl və yararlı olanı ən yaxşı Rəbbimizin bildiyini bilir. Və könül rahatlığı ilə Allaha təslim olur. Göstərdiyi səmimi və ixlaslı səyin Allah qatında və sonsuz həyatında mütləq ən gözəli ilə qarşılıq görəcəyini ummağın təvəkkülünü yaşayır.

Allah Quranda, “həyatı boyunca istəməkdən bezməyən” ancaq “istədiklərinin xaricində bir hadisə ilə qarşılaşdığında da, dərhal inancını və ümidini itirən, dağılan insanların varlığından” da bəhs etmişdir. Bu, göstərdiyi səyi, Allahın rizasını umaraq deyil, sadəcə nemətə qovuşmaq üçün göstərən insanların vəziyyətidir.

İnsan, xeyir istəməkdə səbirsizlik etməz; fəqət onun başına şər gəldimi, artıq o,ümidsizliyə düçar olur.

İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. (Fusillət surəsi, 49-50)

Beləliklə, həyatında xeyir işlərə, gözəlliklərə və nemətlərə çatmaq üçün insanların bu kimi vacib həqiqətləri heç vaxt unutmamaları lazımdır:

- Xeyir işləri, gözəlliyi və neməti, ixlasla və Allah rizası üçün istəmək...

- Bir şeyi istəyib sonra səy göstərmədən, ağlından istifadə etmədən, sıxıntılara sinə gərmədən gözləmənin möminə xas xüsusiyyət olmadığını unutmamaq...

- İstəkləri reallaşmasa da, Allaha inanmaqdan əsla imtina etməmək...

- Əsla ümidi kəsməmək; həyatının sonuna qədər Allaha inanıb, ümid və qorxu arasında dua etmək...