Gözəl Mövzular


“Muxalif ruhu”ndan çəkinmək: uyğunlaşmaq - gözəl mömin əlaməti və vacib sevgi nümunəsidir...


“Muxalif ruhu”ndan çəkinmək: uyğunlaşmaq - gözəl mömin əlaməti və vacib sevgi nümunəsidir...

Bəzi insanlar digərləri ilə müqayisədə daha çox sevilir və daha çox üstünlük verilir. Bunun əsas səbəblərindən biri bu insanların uyğunlaşmağın əhəmiyyətini bilmələridir.

Hər kəs həyatı boyu uyğunlaşmağa meyilli olmayan insanlarla tez-tez qarşılaşır. Bu insanlar ətraflarında olub-bitən və danışılan hər mövzuda “müxalifət ruhu” içindədirlər. Əsl məqsədləri həqiqəti tapmaq, səhvləri düzəltmək, yersiz bir hərəkətin icra olunmasına əngəl olmaq və ya daha yaxşı bir alternativ irəli sürmək deyildir. Heç bir səbəb olmadan, məntiqli və ya məntiqsiz, hər şeydə “əks fikir” tapıb irəli sürməkdir.

Şübhəsiz ki, bu insanları “müxalifət ruhu”na vadar edən və bu “tərsliklə” yaşamalarına təşviq edən şeytandır. Şeytan insanı vicdanlı, ağıllı, təvəkküllü, şüküredici, xoş görüşlü, Allahın yaratdıqlarından razı olan, ətrafına qarşı gözəl əxlaq göstərən bir insan olmasını istəməz. Özü kimi üsyankar, nankor, təvəkkülsüz, şükran olmayan, uyğunlaşmayan, başqalarına tabe olmayan, təvazökarlıq göstərməyən bir insan olmasını istər.

Şeytanın təsiri altına girən insanlar hər yerdə və hər bir mövzuda bu xüsusiyyətləri ilə diqqət çəkirlər. Məsələn, bir qrupda hər kəsin qərar verdiyi ortaq bir fikrə həmin insan etirazını bildirər, bununla razı olmaz. Hər kəs əylənərkən o bir kənara çəkilər. Gözəl zarafat edilərkən hər kəs güldüyü halda, o, gülməz. Bir söhbət olduğunda o, səssiz qalmağa üstünlük verər. Hər kəs çölə çıxdığında o evdə qalmaq istəyər. Hər kəs yatdığında o, oyaq qalıb nə isə etmək istəyər. Bir şeyi bəyənib bəyənmədiyi soruşduqda qüsur axtarar. Bir mövzuda fikrini aldıqda “ağlıma bir fikir gəlmir” kimi qarşı tərəfi narahat edən cavab verər. Bir problem həll edilməyə çalışdığında vəziyyəti daha da çətinləşdirər. Çox cüzi fədakarlıq ediləli məsələ olduğunda əsla yaxın durmaz, bunun yerinə başqasının fədakarlıq etməsini istəyər. Ondan kömək istəyəndə bəhanələrlə bunu etməkdən çəkinər. Ətrafında o qədər gözəllik olduğu halda, mənfi tək bir tərəfi dilə gətirib durar. Hər şeydən şikayət edər. Özünə bir hədiyyə alındığında və ya xoşuna gedə biləcəyi düşünülən bir gözəllik-yaxşılıq edildiyində kifayət qədər nəzakət göstərib təşəkkür etmək əvəzinə, ona təqdim edilən şeydə qüsur tapıb bunu dilə gətirər. Bir şey təklif ediləndə ürəyi istəməsə belə nəzakət göstərib almaq əvəzinə, “iştaham yoxdur” kimi kobud üslubla qarşı tərəfi rədd edər.

Bax belə bir insan, bu və buna bənzər üslub və davranışlarla cəmiyyətdə “uyğunsuz” insan halında gələr. Hər zaman tərs, müxalifətçi olan, çətinləşdirən, bəhanə tapan, mənfilikləri dilə gətirən, deyingən, heç bir şeylə məmnun olmayan, qənaət gətirməsini bilməyən bir insan modeli formalaşdırar.

Halbuki, insan fitrəti asanlaşdıran, rahatlaşdıran, özündən fədakarlıq edilməsi lazım olduğunda bunu qarşı tərəfə hiss etdirmədən edən, uyğun olan hər şeylə uyğunlaşan insanlarla rahat olacaq şəkildə yaradılmışdır. Belə bir insan lazım bildiyi hadisələrdə ağlın və vicdanın səsi ilə müdaxilə etsə də, bu, qarşı tərəfi heç rahatsız etməz. Çünki, bu ağıllı, məntiqli, qarşı tərəfin narazılığına səbəb olmayacaq, faydalanacağı bir müdaxilədir və səhv olan bir şeyi ortaya çıxartmaq qarşı tərəfin də faydalanacağı bir şeydir.

“Yola gedən” insanların cəmiyyətdə çoxlu dostları var. Digər insan xarakterlərindən fərqli olaraq daha az rastlanan bu insanlar ətrafındakı hər kəs tərəfindən sevilir. Biri gözəl bir söz dediyində mütləq ona tamamlayıcı qarşılıq verər. Özlərinə kompliment deyildiyində onlar da dərhal daha gözəli ilə kompliment deyərlər. Biri zarafat etdiyində xoşlarına getsə də, getməsə də, kifayət qədər güldrücü olmasa da qarşı tərəfi məmnun edəcək bir şeylər söyləyər. Qarşı tərəf uyğun bir təklif etdiyində ürəkləri istəməsə də, qarşı tərəfin istəyinə üstünlüklərini verərlər. Yanındakılar ciddi bir işlə məşğuldurlarsa, dərhal diqqət dağıtmayacaq rəftar göstərərlər. Əgər əyləncəli, şən bir mühit varsa, bu dəfə də canlı, danışqan, aktiv bir münasibət göstərər. Bir neçə insanla birgə yemək yediyi zaman, qarşı tərəfin sevdiyi və istədiyi yeməklərdən yana seçim edərlər. Özləri istirahət etmək istəyərkən qarşı tərəf ciddi və köməyə ehtiyac duyulan bir işə girişibsə, öz halını heç hiss etdirmədən dərhal gedib kömək edərlər.

Belə insanların olduğu yerlərdə mübahisə mühiti heç olmaz. Çünki bu insanların özləri sakitləşdirici olduqları kimi, müxalifət ruhu ilə hərəkət edənlərə də sakitləşdirici təsir göstərərlər.

Cahiliyyət cəmiyyətində bəzən insanlar müxtəlif səbəblərdən buna bənzər xarakter göstərə bilərlər. Bəzən dost tapmaq, bəzən qarşı tərəfə özlərini sevdirmək üçün, bəzən də mənfəət əldə edə bilmək kimi düşüncələrlə ətrafındakı insanlara qarşı candan və yolagedən münasibət göstərərlər. Ancaq, əlbəttə ki, bu çox qısa müddətli və aldadıcı bir şəxsiyyətdir.

Bir insanın Allah qorxusundan ətrafındakı insanlara qarşı uzlaşan, yatışdırıcı, pozitiv, tamamlayıcı, rahatlaşdırıcı, sevimli bir xarakter göstərməsi isə çox gözəl mömin əlaməti və çox əhəmiyyətli bir sevgi səbəbidir. O insanın vicdanının, ağlının, Allah qorxusunun, imanının, iradəsinin, səmimiyyətinin, sevgisinin və sağlam şəxsiyyətinin bir əlamətidir. Bu müvəqqəti deyil, sabit bir xarakter xüsusiyyətidir.

Möminin bu mövzudakı səmimiyyəti isə “əsla vicdanən səhv olduğuna inandığı bir hadisədə ətrafı ilə uyğunlaşmamağı” ilə anlaşılar. Doğru olmayan bir münasibətə, gözəl olmayan bir sözə, təhqiramiz bir zarafata, səhv bir qərara, haram bir davranışa, Allahın razı qalmayacağı bir hərəkət və ya sözə, gözəl olmayan bir əxlaqa, nəzakətsiz, xoş görüsüz, mərhəmətsiz, hörmətsiz bir münasibətə əsla razılıq verməz. Özü bununla razı olmadığı kimi, bu əxlaqı göstərən kim olursa olsun, heç çəkinmədən ən gözəl sözlə mütləq doğru olanı söyləyər.

Buna görə də, iman edən hər insan bu vacib xüsusiyyət üzərində düşünüb gün boyunca “Müsəlmanlara qarşı gözəl əxlaqda daha necə gözəl rəftar göstərə bilərəm”, “necə daha pozitiv və səmimi ola bilərəm?”, “Allahın və Müsəlmanların sevgisini necə daha çox qazana bilərəm?” deyə düşünməsi lazımdır. Belə düşünərək vicdanını zorlayan insan gün boyunca qarşısına bu əxlaqı göstərəbiləcəyi yüzlərlə detal çıxacağını görəcəkdir. Bütün bunlarda ən gözəl münasibəti seçmək, -inşaAllah- Allahın rizasına ən uyğun olan əxlaq olacaqdır.