Gözəl Mövzular


Möminlərin dünyadakı əsl dostları kimdir?


Möminlərin dünyadakı əsl dostları kimdir?

Allah möminlərin dostudur. Allah Onu özünə dost tutan, ancaq Onun rizasını güdən möminlərin qoruyucusudur. Allah möminlərin dünyadakı hər işinə kömək edir, dəstək olur, möminlərin Allah rizası üçün etdikləri hər iş mütləq xeyirlə nəticələnir. Bir ayədə: "Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!" (Nəhl surəsi, 128) - deyə xəbər verilir. Allah başqa bir ayədə iman gətirənlərə dəstək olduğunu belə müjdələmişdir:

Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257)

Bundan əlavə, Allah`a könüldən iman gətirən möminlər də bir-birlərinin dostudur. İnanan insanlar daima bir-birini gözəl şeyə dəvət edir, pis şeylərdən çəkindirirlər. Bir-birlərini cənnətə layiq insanlara çevirmək, axirətdəki dərəcələrini artırmaq üçün səy göstərirlər. Allah Quranda inananların kimləri dost tutmalı olduğunu belə bildirmişdir:

Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Hər kəs Allah`ı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allah`ın firqəsidir. (Maidə surəsi, 55-56)