Gözəl Mövzular


Mömin mübahisə etmək və ya acıqlanmaq məqsədilə deyil, fayda vermək niyyətilə tənqid edər…


Mömin mübahisə etmək və ya acıqlanmaq məqsədilə deyil, fayda vermək niyyətilə tənqid edər…

Möminlər cahil insanlardan çox fərqlənirlər. Cahil insanlar bir-birlərinin qüsurlarını qarşılarındakı insanlara acıqlandıqları üçün deyirlər. Məqsədləri qarşı tərəfin qüsurunu düzəldərək gözəl əxlaq qazanması deyil. İstədikləri odur ki, bu insan onları narahat edən və mənfəətlərinə zərər verən xüsusiyyətlərdən qurtulsun. Beləliklə, özləri də bu sıxıntılardan qurtularaq daha yaxşı yaşamağı ümid edirlər.

Bu insanların məqsədi qarşılarındakı insanı təndiq etdikləri mövzulardan da aydın olur. Təndiq etdikləri mövzu sadəcə özlərilə bağlı olan məsələlərdir. Onlarla bağlı olmayan mövzularda isə qarşısındakı insanın qüsurları ilə maraqlanmırlar. Lakin onlarla əlaqəli məsələlərdə kiçik təfərrüatı belə tənqid mövzusuna çevirirlər.

Tənqid zamanı istifadə edilən üslub bu düşüncələni göstərən mühüm dəlildir. Bu insanlar özlərinə toxunan səhv hərəkəti gördükləri zaman qəzəblənirlər. İçlərindəki qəzəbi düşünmədən birbaşa üzə vururlar. Cahil cəmiyyətdə insanlar bir-birlərini tənqid edərkən çox vaxt belə olur. Burada o şəxsə qarşı duyulan qəzəbi ifadə etmək, mübahisə etmək, dalaşmaq kimi nəfsani istəklərin yerinə yetirilməsindən başqa bir niyyət yoxdur.

Müminlər isə tənqidi dalaşmaq, mübahisə etmək, problem çıxarmaq, acıq çıxmaq məqsədilə etmirlər. Möminin hədəfi Allahın rizasıdır. Allah Quranda müsəlmanlara “bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmələrini” əmr etmişdir. Ona görə də mömin qarşı tərəfin səhvini onun daha yaxşı olması və ona fayda verməsi üçün deyər. Allahın razı olacağı əxlaqı yaşamasına, cənnətə layiq olmasına və cəhənnəmə getməsinə səbəb olan səhvlərdən çəkinməsinə vəsilə olmaq üçün çatışmayan cəhətlərini dilə gətirər.

Allahın müsəlmanlara verdiyi bu məsuliyyət möminlər arasındakı dostluğu formalaşdıran, aralarındakı mehribanlığı, yaxınlığı, inamı artıran dəyərli əxlaq xüsusiyyətidir. İman gətirən hər bir insanın bu düşüncəyə sahib olması vacibdir. İnandığı, ağıllı, səmimi mömin qardaşı ona məsləhət verirsə, onun haqqında şübhəyə düşməməli, sözlərinin arxasında pis niyyət axtarmamalı və tənqiddən narahat olmadan nəticə çıxarmalıdır. Möminin cahil insanlar kimi dava çıxarmaq, mübahisə etmək, qarşı tərəfi alçaltmaq, təhqir etmək, hörmətdən salmaq, lağ emək, böyüklük etmək, intiqam almaq kimi məqsədlərinin olmadığından tam əmin olmalıdır.

“Bu, mənim müsəlman qardaşımdır, əgər mənə tövsiyə edirsə, bu mövzuda çatışmazlığım olduğunu düşündüyü üçün edir. Bunları mənim daha yaxşı olmağım, Quran əxlaqını yaşamağımda çatışmazlıq olmasını istəmədiyi üçün deyir. Bu insan iman gətirən, Allahdan qorxan, hesab gününə, axirətə, Qurana iman gətirən insandır. Pis niyyətli olması, mənə zərər verməsi, Allahın izni ilə, mümkün deyil. Buna görə də ürəyim rahat olsun. Tənqid edildiyim üçün narahat olmamalı, şübhələnməməliyəm. Allah məni müsəlmanlarla dəstəkləyir. Allah çatışmazlıqlarımı və bunları necə düzəldəcəyimi mömin qardaşlarım vəsiləsilə mənə eşitdirir. Əlhəmdülillah”, - deyə düşünərək bu vəziyyətinə sevinməlidir.

Cahil cəmiyyətdə uşaqlıqlarından etibarən insanlara gizli və aşkar şəkildə təlqin edilən “Tənqid pisdir”, “Heç kim tənqid olunmaq istəməz”, “Tənqid insana çox pis təsir edir”, “Tənqid edənlər tənqid etdikləri insana hirslənirlər” kimi təlqinlərin hamısı Qurana əsasən səhvdir. Cahil cəmiyyətlərdə bu qanunlar qüvvədə ola bilər, amma möminlər bu düşüncələrdən tamamilə uzaqdırlar. Mömin bu cür təlqinlərlə böyüsə də, müsəlmanlar arasında bu qaydaların keçmədiyini bildiyi üçün çox rahat olar. Çünki möminlər dünyanın gözəl əxlaqlı, səmimi, güvənilən, doğru sözlü və səmimi insanlarıdır. Buna görə də Allahdan qorxan insanlardan gələn tənqidlər müsəlmanlar üçün böyük nemətdir.