Gözəl Mövzular


Mömin maddi zənginlik əldə etdikdə necə davranar?


Mömin maddi zənginlik əldə etdikdə necə davranar?

Mömin bütün mülkün əsl sahibinin Allah olduğunu və Allah`ın mülkü istədiyinə verdiyi bilir. Ona görə, maddi zənginlik əldə etdikdə, azğınlaşmaz, ona verdiyi nemətlərə görə Allah`a şükür edər və mal-dövlətini Allah`ın rizasına uyğun sərf edər.

Allah Quranda mülk sahibi olan bir adamın misalını çəkir. Bu adamın çox bərəkətli bağları vardı. Ancaq bu nemətləri ona Allah`ın verdiyinə əhəmiyyət vermədən nankor davranır və mal-dövləti ilə öyünür. Mömin olan dostu ona bu davranışına görə xəbərdarlıq edir və belə deyir:

Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: "Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allah`ı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman barı: "MaşaAllah, qüvvət yalnız Allah`a məxsusdur!" – deyəydin... (Kəhf surəsi, 37-39)

Mömin də, ayədə bildirildiyi kimi, nemətlərə görə dərhal Allah`ı zikir etməli və Ona şükür etməlidir.