Gözəl Mövzular


Mömin ibarəli danışmağı, zarafatla söz atmağı gözəl və əsilzadə ruhuna yaraşdırmaz


Mömin ibarəli danışmağı, zarafatla söz atmağı gözəl və əsilzadə ruhuna yaraşdırmaz
Müsəlmanların gözəl xüsusiyyətlərindən biri də səmimiyyətləridir. Bir söz söyləyəcəkləri zaman bunu “sözün ən gözəli ilə”, amma açıq şəkildə söyləyərlər. Dolayı üsulları, kinayəli danışıq üslubunu heç vaxt seçməzlər. Cahiliyyə cəmiyyətlərində “söz atmaq” kimi ifadə edilən üsullardan heç bir şəkildə istifadə etməzlər. Zarafatlarından qarşılarındakı insanlara söz atmaq üçün istifadə etməzlər. Davranış və hərəkətləri ilə ətrafındakılara nə isə izah etməyə çalışmazlar. Əgər söyləmək istədikləri bir şey varsa, bunu səmimi bir üslubla, təhqir etməyəcək sözlərlə, ən aydın şəkildə qarşılarındakı insana açıqlayarlar. Məqsədləri hirsləndiklərini bildirmək, qarşı tərəfi hörmətdən salmaq, etdiyi səhvə görə o adama unuda bilməyəcəyi bir dərs verməyə çalışmaq, onun rəftarına uyğun cavab vermək deyil. Əksinə, yalnız Allah rizası üçün qarşı tərəfə fayda verməyə çalışarlar. Bu niyyətləri rəftarlarına əks olunduğu üçün qarşılarındakı insan da onların səmimi sözlərini və ya tənqidlərini nəzərə alar və davranışındakı əksiklikləri qavrayıb düzəldə bilərlər.
Möminlərin bu xüsusiyyəti, eyni zamanda, onların əxlaqındakı yüksək keyfiyyətin və dərinliyin də əhəmiyyətli bir göstəricisidir. Bəsit rəftar etməyən, bəsit üslublardan istifadə etməyən, insanlarla bəsit mövzular üçün mübahisəyə etməyən, söz güləşdirməyən, qaş-göz işarələri ilə, üz ifadələri ya da mimikalarla ətraflarındakı insanlarla mesajlaşmayan yüksək bir şəxsiyyətə sahibdirlər. Əksi isə insanların ruhlarındakı bəsitliyi, adiliyi, səthiliyi göstərən bir əlamətdir. Mömin gözəl ruhunu belə bəsit rəftarlarla kirləndirməz.
Ancaq əlbəttə ki, cahiliyyə cəmiyyətlərində bu xarakterdəki insanlar kifayət qədər çoxdur. Hətta bir çox insan ətrafındakı insanlarla başqa cür ünsiyyət qurmağı ağlına belə gətirməz. Gününün böyük hissəsini insanlarla bu tərzdə “eyham və gizli mesajlar verərək” keçirər. Səmimiyyətə, dürüstcə və açıq fikrini bildirəcəyi danışıqlara heç zaman ehtiyac duymaz. Çünki bunun nəticəsində qarşı tərəfə fayda vermək kimi bir məqsədi yoxdur. Məqsəd yalnız qəzəbini büruzə vermək, rahatlaşmaq, qarşı tərəfi hirsləndirmək, təhqir etmək və çəkişməkdir. Belə insanlar bu dialoq şəklini səmimiyyətdən daha üstün görürlər.
Möminin vicdanı isə belə bir həyat tərzini qəbul edə bilməz. Ətrafındakı insanlarla bu şəkildə dialoq quraraq yaşamağı heç vaxt məqbul görməz. Ruhu belə bir üslubda heç vaxt rahatlıq tapa bilməz. Belə insanlarla da heç vaxt isinişə bilməz. Cəmiyyətdə məşhur olan bu üslubla qarşılaşdığı zaman möminin xoş rəftarı heç bir şəkildə dəyişməz. Ruhundakı yüksək keyfiyyətdən, səmimiyyətdən, dürüstlükdən heç vaxt vaz keçməz. Bəsitliyə heç vaxt meyl göstərməz. Bu cür insanlara sözün ən gözəli ilə, ən gözəl rəftarlarla, ən açıq və səmimi sözlərlə cavab verər.
Quranda möminlərin bu əxlaqları belə xəbər verilmişdir:
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)

Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər.(Furqan surəsi, 63)
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)